Dünya
15 diplomat ölkədən çıxarıldı
Küveytdə fəaliyyət göstərən İran İslam Respublikasının mədəniyyət nümayəndəliyi bağlanılıb. 15 diplomat ölkələrinə göndərilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Basra Körfəzində yeni böhran yaşanılır.
Müğənni səhnədə vəfat etdi
Fransalı müğənni Barbara Veldens 35 yaşında səhnədə dünyasını dəyişib. O, qastrol turu çərçivəsində Qurdon kəndində keçirilən festivalda çıxış edib. Konsertin yarısında onun halı pisləşib. Ehtimal olunur ki, müğənninin ürəyi dayanıb. Bəziləri isə Veldens gərginlik altına düşdüyünü iddia edir. Polis araşdırmalara başlayıb.
Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"
Bloqer Aleksandr Lapşinin Rusiyaya ekstradisiya olunması rəsmi Kremlin nəzərdən keçirdiyi mövzulardan deyil. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, Kremlin mövzusu deyil”, - deyə D. Peskov bildirib. A. Lapşinin vəkili Eduard Çurkin onun Rusiyaya ekstradisiya olunmasını istisna etməyib.
Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 16 əməkdaşı ölüb
Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 16 əməkdaşı ölüb, 7 nəfər yaralanıb. Ölənlərin 10-u hərbçi, 6-sı isə polis olub.
Küveyt İranın 15 diplomatını qovdu
Körfəz ölkəsi Küveyt İran ilə diplomatik əlaqəsində "yeni konkret addımlar" atmağa qərar verib
Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub
Danimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib.
Ən çox dinlənilən mahnıya bu ölkə QADAĞA qoydu - VİDEO
Dünya çapında ən çox dinlənilərək rekord qıran “Despakito” mahnısının yayımı Malaziyada qadağan edilib. Puerto-Rikolu müğənni Luis Daddy Yanke və Castin Biberin ifa etdiyi, dünyada 4.6 milyard insan tərəfindən dinlənən mahnı Malaziyadakı müsəlmanların şikayətləri üzərinə ölkənin radio və televiziya kanallarında qadağan edilib.
Almaniyadan kritik Türkiyə AÇIQLAMASI
Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün təşkil etdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib.
2050-ci ildə dünya iqtisadiyyatını bu üç dövlət idarə edəcək - SİYAHI
Beynəlxalq müstəqil araşdırma şirkəti PwC ölkələrin 2050-ci il üzrə ümumi daxili məhsul istehsalı ilə bağlı proqnozlarını açıqlayıb. PwC 32 dövlətin dünya iqtisadiyyatını əlində tutacağını iddia edib.
Neft buruqları İŞİD-dən alındı
Rakkada əsas neftçıxarma əraziləri yenidən Dəməşqin nəzarəti altına keçir. Suriya qoşunları iyul ayında Rakka əyaləti ərazisində yaraqlılardan daha 40 neft buruğunu azad edə bilib.
Türklərə qarşı təxribat
ABŞ-ın "Shooter" ("Nişançı") serialı ikinci mövsümünə etirazla qarşılanıb. Belə ki, serialda Almaniyada terror hadisəsi törədən İŞİD terrorçularının bir dəstəsinin türklərdən ibarət olduğu deyilib.
Rusiya ilə İraq arasında 1 milyardlıq SİLAH RAZILAŞMASI
Rusiya Prezidenti Vladimir Putinin hərbi və texniki işlər üzrə köməkçisi Vladimir Kojin İraqa “T-90” tanklarının göndərilməsi ilə bağlı açıqlama verib. Kojin Rusiya İraq arasında qarşılıqlı razılaşmanın artıq imzalandığını bəyan edib.
Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı
Düz bir həftə əvvəl minlərlə polis, xilasedici, könüllü və çağırışçı Lipetsk vilayətində itkin düşmüş 3 yaşlı oğlanın axtarışlarına cəlb olundu. Axtarışlar acı da olsa nəticəsini verdi.
Türkiyədən SƏRT REAKSİYA: “Almaniya həddini aşır”
Türkiyə ilə Almaniya arasında “Böyükada” böhranı getdikcə dərinləşir. Almaniyanın Böyükada toplantısında çıxış edən alman vətəndaşı, insan hüquqları müdafiəçisi Peter Steudtnerin həbs edilməsinə etiraz etməsi və bununla bağlı olaraq Türkiyə səfirinin Xarici İşlər Nazirliyinə çağırılması Türkiyə rəhbərliyini hiddətləndirib. Almaniya Xarici İşlər Nazirliyinin spikeri və federal hökumətin açıqlamalarında diplomatik nəzakətsizlik sərgilənib və spiker Türkiyəyə qarşı həddini aşan ifadələr işlədib.
Səudiyyə Ərəbistanından gözlənilməz QƏRAR: qısa ətəkli qadın azadlıqda
Səudiyyə polisi qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını sərbəst buraxıb. "Khulood" adlı model, Ushayqir ərazisində tarixi qalada gəzintidə olarkən çəkilmiş video görüntülərini paylaşaraq bütün dünyanın diqqətini cəlb etmişdi.














