Dünya

Timati İrina Şeyki rus kişilərinə şans vermədiyi üçün QINADI

20 İyul 2017 19:09

Dünya şöhrətli model İrina Şeyklə rusiyalı reper Timati (Timur Rodrigez) eyni layihədə çıxış edəcək. Bu barədə əslən tatar olan model sosial şəbəkədə məlumat verib.

Alimlərdən İNANILMAZ ARAŞDIRMA: sən demə, uşaqlar ana bətnində bunu...

20 İyul 2017 19:01

ABŞ-ın Kanzas Universitetinin alimlərinin araşdırmasına görə, uşaqlar ana bətnində dilləri ayırd edə bilir. Xüsusən son bir ayda bu bacarıqları daha da həssaslaşır. Mütəxəssislərin sözlərinə görə, uşaqlar bu dövrdə eşitdikləri səsin ritmlərini anlaya bilir.Araşdırmaya rəhbərlik edən Utako Minai ana qarnında uşağın ətrafdakı  səsləri boğuq formada da olsa eşidə bildiyini vurğulayıb.

ABŞ-ın ikinci Quantanamo həbsxanası üzə çıxdı - Məhkumlar İŞİD terrorçularıdır?

20 İyul 2017 18:37

Mosulun xaricində inşa edilən bir kompleksdə 370 məhkum saxlanılır. Məhkumlardan 100 nəfər kiçik bir otaqda yaşayır. Üst-üstə yığılan insanlar 45 dərəcə istidə dar bir otaqda qalmaq məcburiyyətindədirlər. Günəş üzü görmədikləri üçün bir çoxu xəstəlikdən əziyyət çəkir.

Səudiyyə Ərəbistanı şahzadələrindən biri kralın əmri ilə həbs olunub

20 İyul 2017 18:22

Səudiyyə Ərəbistanı şahzadələrdən biri sosial şəbəkələrdə yayılan videodan sonra həbs olunub.  Bu barədə Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Saud qərar verib.

Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər

20 İyul 2017 18:20

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən hakimiyyətə şikayət edib. Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hökumətə müraciət edib.

Berlində QORXULU ANLAR: hava limanı boşaldılır

20 İyul 2017 18:13

Berlində hal-hazırda həyəcanlı anlar yaşanır. Almaniyanın paytaxtında olan Schönefeld hava limanında şübhəli bir çanta aşkar edilib. Sərnişinlərin dərhal evakuasiya edilməsinə başlanılıb.

Ququş Ermənistana gedir

20 İyul 2017 18:10

Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) Ermənistanda konsert verəcək. Bu barədə sənətçi rəsmi İnstagram səhifəsində məlumat yayıb.  Bildirilir ki, Ququş 31 avqust tarixində İrəvanda pərəstişkarlarının qarşısına çıxacaq. 

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

20 İyul 2017 18:04

Amerika Birləşmiş Ştatlarının Miçiqan əyalətində bəslədiyi tutuquşunun gözü qarşısında həyat yoldaşını öldürən Glenna Duramın məhkəmə prosesi başa çatıb. Qadın həyat yoldaşını odlu silah vasitəsilə öldürüb. Məhkəmə qadının birinci dərəcəli cinayətkar kimi həbsinə qərar verib. Glenna həyat yoldaşı Martini 5 güllə ilə öldürdükdən sonra intihar etməyə cəhd edib, lakin sağ qalıb.

Döymələrini sildirmək istəyən gənc qadının həyatı qaraldı - VİDEO

20 İyul 2017 17:15

Adanada bədənindəki döymələri narahat olub sildirmək üçün əməliyyat olunan 23 yaşlı Dilan Deniz Kılıçın bədənində qalıcı izlər meydana gəlib. Psixoloji olaraq sarsılan Kılıç həkimə 500 min lirəlik təzminat iddiası qaldırıb.

Dövlət Departamenti: Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir

20 İyul 2017 17:01

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir və Qafqaz regionu vasitəsilə insanlara pul və maddi vəsaitlər ötürməyə çalışan terror təşkilatları ilə aktiv mübarizə aparır.  Bu barədə ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatında deyilir.

6 fəhlə krandan yıxıldı

20 İyul 2017 16:32

Türkiyənin Adana vilayətinin Sarıçam rayonunda gübrə fabrikin damında təmir işləri aparan 6 fəhlə krandan yıxılıb. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, hadisə zamanı fəhlələrdən 2-si həlak olub, 4-ü yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:11

Rusiya vətəndaşı Mark Vartanyan ABŞ məhkəməsi tərəfindən hakerlikdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökm Corciya ştatının Şimal Dairə Məhkəməsi tərəfindən çıxarılıb. Vartanyan bir epizod üzrə kompüter dələduzluğunda özünü təqsirli bilib.

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:05

Rusiyanın havadan müdafiə silahları istehsal edən “Almaz-Antey” şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketlərdən müdafiə sistemləri ilə həm rus ordusunu təmin etmək, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib.

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 16:01

İraq və kürd səlahiyyətliləri İŞİD-in verdiyi torpaq itkilərindən sonra strateji dəyişiklik etdiyini və partizan savaşına hazırlaşdığını iddia edir.

Nazir təbrik etdi

20 İyul 2017 15:43

Türkiyənin Baş naziri Binəli Yıldırım iraqlı həmkarı Heydər əl-Abadini Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi münasibətilə təbrik edib. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki,  Binəli Yıldırım rəsmi Ankaranın şəhərin bərpa olunması üçün kömək etməyə hazır olduğunu bildirib.