Dünya

70 nəfər xəstəxanaya müraciət etdi

21 İyul 2017 09:39

 İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki,  zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkan nəticəsində Türkiyədə  70 nəfər xəstəxanalara müraciət edib. Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km dərinliyində qeydə alınıb.

Yunanıstanda zəlzələ - 2 nəfər həlak oldu

21 İyul 2017 07:56

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb. 

Məşhur müğənni intihar etdi

21 İyul 2017 07:45

Türkiyədə DƏHŞƏT - VİDEO

21 İyul 2017 06:18

Türkiyənin Muğla bölgəsində 6,9 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra insanlar qorxudan küçəyə axışıb. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib. Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Spikeri istefaya getdi

21 İyul 2017 03:38

226 mindən artıq insan təxliyə edilib

21 İyul 2017 02:17

Çinin Çzilin əyalətində daşqınlar səbəbindən 226 mindən artıq insan təxliyə edilib. Daşqınlar 513 minə yaxın insanın mülkünə zərər verib. Məlumata əsasən, 19,3 min ev, yollar daşqınlar səbəbindən dağılıb. Ölkəyə dəyən birbaşa iqtisadi ziyan 1,8 milyard dollar təşkil edib.

Putin obrazına qadağa

20 İyul 2017 20:48

Putinin obrazı yeni çəkilmiş iki filmdən yığışdırılıb. Söhbət “Qırmızı sərçə” və “Kursk” filmlərindən gedir. Səbəb olaraq rus xakerlərinin reaksiyasının təhlükəli olacağı göstərilib. “Qırmızı sərçə” filmi CİA-da casusluq edən ruslardan bəhs edir. Baş rolu “Oskar” mükafatçısı Cennifer Lourens oynayıb.

Mustafa Cecelinin ikinci xanımından tənqidlərə cavab

20 İyul 2017 19:39

Müğənni Mustafa Cecelinin bir neçə gün əvvəl evləndiyi, ikinci xanımı Selin İmer ticarət mərkəzlərindən birində görünüb. O, anası ilə birgə jurnalistlərlə söhbət də edib.

Dünyadakı torpaq problemi necə həll olunacaq?

20 İyul 2017 19:33

İnsanların sayının artması, iqlim dəyişikliyi və kütləvi köç səbəbi ilə 21-ci əsrdə qarşı-qarşıya qaldığımız problemlər arasında torpaq problemi mühüm yer tutur.

Acundan toy açıqlaması

20 İyul 2017 19:29

TV8-in sahibi Acun İlıcalı və sevgilisi Şeyma Subaşı jurnalistlərlə qarşılaşıblar. Acun toylarının 3 gün 3 gecə davam edəcəyi barədə yayılan xəbərlərin yalan olduğunu bildirib. O, sadəcə ölkədən kənarda keçiriləcək toyun qonaqlarını bir gün əvvəl qarşılayacaqlarını bildirib.

“Ağıllı” “Microsoft” termostatı otaqda temperatura nəzarət edəcək

20 İyul 2017 19:23

"Microsoft" korporasiyası "Johnson Controls" şirkəti ilə birlikdə "ağıllı" "GLAS" termostatını yaradıb.

Pilotsuz kater suda batan insanları xilas edəcək

20 İyul 2017 19:19

Çinin şərqində Tyanye gölündə batan insanların xilası üçün istifadə olunan ilk avtonom kater istifadəyə verilib.

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20 İyul 2017 19:13

Dünya mobil telefonlar bazarının həcmi ən yüksək həddə çatıb və bununla əlaqədar burada gələcək artım birrəqəmli göstərici ilə məhdudlaşacaq. Bu barədə "Forrester Research" analitik şirkətinin hesabatında deyilir.

Almaniyada kütləvi təxliyə - Bomba tapıldı

20 İyul 2017 19:11

Almaniyanın Essen şəhərində mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb. Kütləvi təxliyəyə səbəb ərazidə İkinci Dünya Müharibəsinə aid bombanın tapılması olub.