Dünya
20 nazirlik əməkdaşı və 34 media işçisi həbs olundu
Türkiyənin paytaxtı Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” ahentliyinə istinadən bildirir ki, aparılan əməliyyatlar zamanı hal – hazırda fəaliyyət göstətməyən media qurularında çalışmış 34 jurnalist həbs olunub. Meşə və Su İşləri nazirliyinin isə 20 əməkdaşı haqqında həbs qərarı çıxarılıb.
Səfir geri çağrıldı
Amerika prezident Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Con Bassı geri çağırıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Ankarada fəaliyyət göstərən səfir Əfqanıstanın Kabil şəhərindəki səfirliyinə göndərmək üçün Türkiyədən geri çağırıb. ABŞ Konqresində prezidentin təyin etdiyi yeni səfirlərin siyahısı açıqlanıb.
Bədəninə cin girən şəxs ətrafdakılara hücum etdi - VİDEO
Hindistanda bədəninə cin girən şəxs ətrafdakılara hücum edib. Kadrlardan göründüyü kimi bədəninə cin girdiyi iddia edilən şəxs yerdə əyləşən şəxslərə hücum edərək onları vurmağa başlayıb.
“Bu, yeni İŞİD-in yaranmasına səbəb olacaq” – ŞOK PROQNOZ
“Əgər İraqda şiələr və sünnilərin arasında parçalanma qalarsa, bu, yeni İŞİD-in yaranmasına gətirib çıxaracaq”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.
Atadan İYRƏNC HƏRƏKƏT: illərlə doğma qızı olan məşhur aktrisa ilə zorla cinsi əlaqədə oldu
Gənc serial aktrisasını atası illərlə zorlayıb. Son illərdə ən çox tanınan seriallarda rol alan D.K. illərlə doğma atasının cinsi istismarına məruz qalıb. Ona inanmayan anası isə qızı "Polisə getmə, atan səni öldürər" deyib. Bu dəhşətli kabus 2 il davam edib. Aktrisa yaşadığı travmaya dözməyərək intihara cəhd edib. O, "Ölməyə çalışdım, amma bacarmadım", - deyə açıqlama verib. Sonda isə atasının təhdid və təzyiqlərinə baxmayaraq, qız polisə gedərək hadisəni danışıb.
Moskva ABŞ-ı “duzlamaq” istəyir – İTTİHAM
“Rusiya Suriyada ABŞ-ı “duzlamaq” istəyir”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib. Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə “Amerikanı duzlamaq” üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.
Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ
Zonquldağda təmizlik işçisi R.Y. maddi sıxıntı səbəbindən internetdə "Böyrəyimi satıram" yazılı elan yerləşdirib. Ülkü və Cəmil Ş. cütlüyü təmizlik işçisi ilə əlaqəyə girərək böyrəyini 30 min TL qarşılığında alacaqlarını bildiriblər. Anlaşmadan sonra R.Y. Zonquldağdan, Ülkü və Cəmil Ş. cütlüyü isə Aydın şəhərindən İzmirə yola düşür.
Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı
Keçən il rəsmi şəkildə boşanan Bred Pitlə Ancelina Coli gizli-gizli görüşməyə başlayıb. Cütlük 6 uşağı ilə birlikdə əvvəllər yaşadıqları evin yaxınlığında yeni aldığı başqa bir mənzildə görüşür. Məlum olub ki, uşaqlar ataları ilə görüşəndə Ancelina Coli tək qaldığı üçün duyğusallaşır. Bu səbəbdən də uşaqları özü aparmağa qərar verib. Keçmiş həyat yoldaşı ilə birlikdə yaşadığı evə getmək istəməyən aktrisanın yeni evdə özünü daha hiss etdiyi deyilir.
Ayda olan çanta fantastik qiymətə SATIŞA ÇIXARILDI
Nyu-Yorkda “Sothebys” hərracında heç də sadə sayılmayan, Ayda olan ilk insanın, Nil Armstronqun çantası satılır. Amerikalı astronavt 1969-ci ildə bu çanta ilə Aya uçuş edib. Üstəlik, çanta Ay gəzintisi zamanı da onunla idi. Armstronq bu çantaya Ayın səthindən torpaq nümunələri qoyurdu. Ay tozunun izlərinin qalması çantaya xüsusi dəyər verir və onun qiymətini qaldırır. Təəccüblü deyil ki, hərracın təşkilatçıları ilkin olaraq çantaya 2 milyon dollar məbləğ təyin ediblər.
6 nəfər İSTİDƏN öldü - Meksikada
Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib. Bu rəqəmi ştatın səhiyyə idarəsi təsdiq edib. Həlak olanların hamısı günvurma və orqanizmin susuz qalması səbəbindən ölüb. Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.
Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı
Çinin Xançjou şəhərində mağazaların birində güclü partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər ölüb, 55 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirildiyi bildirilir.
İrəvanda ALƏM qarışdı-SON MƏLUMATLARI izləyin
Xalq hökümətə qarşı etiraz etdi
Venesuelada sosialist prezident Nikolas Maduroya yeni konsitutsiya seçkilərini ləğv etməsi yönündə təzyiqlər edən milyonlarla vətəndaş etiraz aksiyalarına başlayıb. Polislə etiazçılar arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı 3 etirazçı həlak olub, 300-dən çox vətəndaş həbs edilib. Etiraza səbəb isə hökumətin konsitutsiya dəyişikliyi üçün yeni məclis qurması olub. Müxalifət 30 iyulda keçiriləcək referendumu ləğv etməsini tələb edir. Müxalifətin mətbuata verdiyi açıqlamaya əsasən, ölkə əhalisinin 85%-ni etirazlarda iştirak edib.
Məscidi-Aksada hücum
İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib. Hücum nəticəsində 2-si ağır olmaqla, 22 nəfər xəsarət alıb. Polislər etirazı davam etdirən bəzi fələstinliləri həbs edib. Hadisələrə laqeyd qalmayan ABŞ-dan çağırış mesajları gəlib.
İstanbulda növbəti əməliyyat – 168 nəfər saxlanıldı
İstanbulda FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat həyata keçirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Üsküdar və Ümraniyədə həyata keçirilən əməliyyatlar zamanı 168 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında gizlin mesajlaşma proqramı olan “ByLock” istifadəçilərinin də olduğu məlum olub.













