Parlament qarşısında toqquşma

 Moldovanın paytaxtı Kişinyovda parlament qarşısında seçki sisteminə qarşı etiraz edənlər və polis arasında toqquşma baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.

Moldovanın paytaxtı Kişinyovda parlament qarşısında seçki sisteminə qarşı etiraz edənlər və polis arasında toqquşma baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.

İyulun 19-da Moldova parlamentinin daimi bürosu majoritar və proporsional seçki sistemlərinin birləşməsini nəzərdə tutan qarışıq seçki sisteminə keçidlə bağlı qanun layihəsini parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Müxalifət partiyaları qanun layihəsinin əleyhinə çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31