Dünya

Meşə yanğınları davam edir

19 İyul 2017 07:36

Portuqaliyaya meşə yanğınları qayıdıb. Ölkənin şimalında Alijo bələdiyyəsində daha ağır vəziyyət yaranıb. Alov artıq bir neçə gündür səngimək bilmir və onu nəzarətə götürmək hələlik mümkün olmayıb. Hadisə yerində 400 yanğınsöndürən işləyir, bir neçə yüz hərbçi onların köməyinə gəlib.

Xoşbəxt evlilik kişilərdə iflic təhlükəsini azaldır?

18 İyul 2017 20:01

Əgər siz kişisinizsə, xoşbəxt evlilik iflic təhlükəsini azalda bilər. Bu nəticəyə alimlər gəliblər. 10 000 israilli arasında aparılan araşdırma işi göstərib ki, subay və özlərini ailədə bədbəxt hiss edən kişilərin iflic təhlükəsi xoşbəxt evliliyi olan kişilərdən daha çoxdur.

Diqqət: Beynin qocalmasının qarşısını necə almalı?

18 İyul 2017 19:54

ABŞ-da aparılmış son araşdırmalara görə, insan yaşa dolduqca onun beyin hüceyrələri ölmür. Stenford Universitetinin neyrobioloqu, professor Con Morrisonun rəhbərlik etdiyi qrupun apardığı tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, insan yaşa dolduqca onun beynindəki sinapslar, yəni sinir qovşaqları arasındakı bağlantılar qopur.

Diyetoloqlar: Halva sinir sistemini möhkəmləndirir

18 İyul 2017 19:33

Diyetoloqlar təbii xammaldan hazırlanmış sağlam şirniyyatlara üstünlük verməyi, yəni həm faydalı, həm də dadlı ərzaqlardan istifadə olunmasını tövsiyə edirlər. Alimlərin apardıqları tədqiqat sayəsində məlum olub ki, halva orqanizmi cavanlaşdıran və sağlamlığı yaxşılaşdıran qəribə xassələrə malikdir. Məsələn, halva sinir sistemini möhkəmləndirir, habelə qan dövranının yaxşılaşmasına kömək göstərir. Əgər halva bütün resept şərtlərinə əməl etməklə hazırlanmışsa, onun tərkibi mikroelementlərlə, yəni natrium, kalium, fosfor, maqnezium, mis, protein, sink, dəmir, habelə müxtəlif ərzaq turşuları ilə zəngin olur.

Qadınlar kişilərdən daha çox tənhalığa meyllidir...

18 İyul 2017 19:29

Araşdırmalar işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bilər. Üç universitetin apardığı araşdırma işi göstərib ki, dostlarını itirməzdən öncə tənha adamlar öz kədərli hislərini ətrafındakılara ötürürlər. Bu isə, infeksiyalı xəstəlik kimi yoluxucu xüsusiyyətə malikdir.

Kibertəhlükəsizlik üzrə mütəxəssislərə tələbat kəskin artıb

18 İyul 2017 19:24

“Cybersecurity Ventures” şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada kibercinayətkarlıq fəaliyyəti nəticəsində dəyən ziyanın (məlumatların məhv edilməsi, pul və intellektual mülkiyyətin oğurlanması, iş vaxtının itirilməsi və s. ilə əlaqədar) məbləği 3 trilyon dollara çatıb, 2021-ci ilədək isə bu göstəricinin 6 trilyon dollaradək artacağı gözlənilir.

“Ağıllı” parçadan idman geyimi hazırlanacaq

18 İyul 2017 19:19

Harvard Universitetinin alimləri geyim istehsalı üçün istifadə oluna biləcək “ağıllı” parça hazırlayıblar. Əlavə cihazların quraşdırılmadığı parça öz-özlüyündə böyük cihaz şəklindədir.

Görmə və eşitməni bərpa edəcək beyin implantı hazırlanır

18 İyul 2017 19:14

İnsanlara eşitmə və görmə qabiliyyətini qaytara biləcək müasir texnologiyalar adətən hissiyyat orqanlarının bərpasına yönəlib. Lakin ABŞ-ın Rays Universitetinin mütəxəssisləri başqa yol seçərək  informasiyanı kənar qurğulardan qəbul etdikdən sonra məlumatları emal edən və müəyyən beyin hissələrini stimullaşdırmaqla görmə və eşitmə qabiliyyətinin itirilməsini bərpa edən “FlatScope” beyin implantı yaradıblar.

Tanınmış türk aktyor boşandı

18 İyul 2017 19:10

Təxminən iki il əvvəl nikah masasına oturan aktyor Hakan Meriçliler və xanımı Ayşe Acar boşanıb. Boşanmaya Ayşenin əvvəlki evlilikdən olan əkizləri Defne və Egenin təhsili üçün Kanadaya getmək qərarı səbəb olub. 

Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

18 İyul 2017 19:06

Bu gün bütün dünya xalqaları sözün əsl mənasında yəhudilərə həsədlə yanaşır. Çünki, onlar yanaşdıqları hər işdə uğur qazanıb, inamla irəliləyirlər. “Kasıb yəhudi” onların ən qısa lətifəsidir. Çünki yəhudilər düzgün üsullardan istifadə edərək varlanmağın bütün yollarına bələddirlər.

Rakkadan qaçan İŞİD gəlinlərinin ŞOK ETİRAFLARI - Seks və qadın düşkünləridirlər

18 İyul 2017 18:50

ABŞ-ın dəstəyi ilə Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir. "CNN" telekanalı bir qaçqın düşərgəsində yaşayan terrorçuların arvadları ilə görüşüb. Müsəlman, dindar kişilərlə yeni bir həyat qurmaq ümidi ilə Rakkaya gedən bir çox qadının xəyalları paramparça olub. İndoneziyalı bir qadın "cihat deyirlər, amma sadəcə qadın və seks barədə düşünürlər"-deyib.

Şort geydiyi üçün avtobusda tələbə qızı döydü

18 İyul 2017 18:06

Türkiyədə Ercan adlı şəxsin avtobusda qızı şort geydiyi üçün "Ramazan ayında belə geyinərlər?, Sənin Allahın yoxdur?" deyərək şillələdiyi haqda xəbər vermişdik.

Putin hökumət üzvlərinə dondurma qonaqlığı verdi

18 İyul 2017 17:20

Bu gün Moskva yaxınlığındakı Jukovskoye şəhərində MAKS aviasalonunu ziyarət etmiş Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin üzvlərinə dondurma qonaqlığı verib.