Dünya
İŞİD-çilər Kərkükdə kəndə hücum etdilər: ölənlər var
İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Kərkük vilayətinin Çırax kəndinə hücum ediblər. silahlılar 5 nəfəri öldürüb, 5 nəfəri isə girov götürüblər.
Ermənilər rus dilindən imtina etdilər
Ermənistan parlamentinin spikeri Ara Babloyan rusiyalı həmkarı Vyaçeslav Volodinin rus dilini dövlət dili kimi təsbit olunması ilə bağlı təklifini rədd edib.
Koalisiya qüvvələri yenə Suriyanı bombaladı - Ölən və yaralananlar var
ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri ətrafını bombalayıb. Yerli "SANA" agentliyi dinc sakinlər arasında çox sayda ölən və yaralananların olması barədə xəbər verib. Məlumata görə, konkret olaraq Deyr-əz-Zordan şərqdə yerləşən Əl-Kişkiyə yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb. Ölən və yaralananların dəqiq sayı barədə hələ məlumat verilməyib.
ABŞ-dan Ukraynaya gözlənilməz ZƏRBƏ
2017-ci ildə ABŞ Ukrayna üçün metallurgiya kömürünün qiymətini təxminən üç dəfə qaldırıb. Ötən ilin yanvarından martınadək Ukrayna kömürünün 1 tonu üçün 71 dollar ödəyirdi. Bu il isə kömürün qiyməti 1 ton üçün 206 dollara qədər artıb.
Mosulda qafqazlı terrorçu qadınlar tutuldu
İraqın Mosul şəhərini İŞİD terror qruplaşmasından təmizləyərkən 20 qadın-yaraqlı saxlanılıb. Onların arasında Rusiya, Liviya, Türkiyə, Suriya, Kanada və Qafqaz regionundan olanlar, eyni zamanda Almaniyadan İraqa gələn bir yeniyetmə qız da var.
Almaniya məhkəməsindən müsəlman qadına qarşı QANUNSUZLUQ
Almaniyanın Bradenburq əyalətində məhkəmə hakimi suriyalı qadını məhkəmə salonundan qovub. Buna səbəb suriyalı qadının hicablı şəkildə məhkəməyə gəlməsi olub. Almaniyada qaçqın statusu ilə yaşayan qadın hakimin tələbini rədd edib. Hakim isə məhkəmə prosesini təxirə salıb.
Erməni hərbçiləri Gürcüstandakı NATO təlimlərinə qatılacaq
İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək. “Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.
Mini geyinmiş qız Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu- VİDEO
Sosial şəbəkələrdə yayılmış qısa videoçarx bütöv bir ölkəni lərzəyə gətirib, hüquq-mühafizə orqanları istintaq aparır.
Almaniyada erməni kredit mafiyası ifşa edildi
“Еrfurt Thueringer Allgemeine” nəşri Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb (bax: http://erfurt.thueringer-allgemeine.de/). Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub.
İran XİN rəhbəri İraq Kürdüstanındakı müstəqillik referendumu haqda
“İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumunun ölkə və region üçün faciəvi fəsadları olacaq”. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. “Hesab edirik ki, referendum düzgün seçim deyil. Referendum təkcə bölgənin kürd əhalisinə toxunmayacaq. Fikrimcə, bunun İraqın və bütövlükdə regionun təhlükəsizliyinə faciəvi təsiri olacaq”, - deyə nazir bildirib.
İŞİD ailələrinə qarşı "kollektiv cəza" tədbirləri
BMT-nin İraq üzrə elçisi azad edilmiş Mosulda İŞİD-lə bağlı mülki vətəndaşlara qarşı hücumlardan narahat olduğunu ifadə edib. Yan Kubis BMT Təhlükəsizlik Şurasındakı nitqində bəyan edib ki, ərazidə İŞİD-lə əlaqəli olmuş ailələrə qarşı kollektiv cəza verməyə meylli tendensiya müşahidə olunur. O deyib ki, militantlarla qohumluğu olan iraqlılar evlərindən qovulur, onların evləri müsadirə olunur və başqa qisas əməlləri ilə üzləşirlər.
İstanbulda güclü leysan yağıb, küçələri su basıb
İstanbulda güclü leysan yağıb. Qəfil başlayan yağış nəticəsində küçələri sel basıb. Dünən axşamdan başlayan yağış birdən-birə şiddətlənib. Hazırda yağış davam edir.
İran prezidentinin sözçüsü: “Qardaşının həbsi Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək”
“Prezidentin qardaşı və müşaviri Hüseyn Fereydunun həbsi prezident Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək və onu yolundan döndərməyəcək”. Bunu prezidentin müavini və dövlət sözçüsü Məhəmmədbağır Nobəxt keçirdiyi mətbuat konfransında deyib. M. Nobəxt prezidentin qardaşının həbsinin nazirlər kabinetinin formalaşmasına təsiri ilə bağlı sualın cavabında bildirib ki, bu kimi addımlar prezident Həsən Ruhaninin iradəsinə heç bir təsir göstərməyəcək: “Prezident çox səbirli, təmkinli və çox zirəkdir. Bilir ki, bəzi işlər sabitliyi pozmaq üçün görülür, lakin o mötədilliyi qoruyub saxlayır. Ruhani çox dözümlüdür və heç bir təzyiqə boyun əyməyəcək. O öz işini görəcək”.
Təyyarə məcburi eniş etdi
Amerika hava yollarına məxsus bir təyyarədə tarixdə bəlkə də ilk olacaq bir hadisə yaşanıb. Təyyarə texniki səbələrdən dolayı təcili məcburi eniş edib. Əslində səbəbi tam başqa imiş. Belə ki, təyyarədə olan bir sərnişinin şiddətli bağırsaq sancısı tutub. Təyyarə bu səbəbdən təcili eniş edib və personal sərnişin heyətinin təyyarədən təxliyə edib.
İran “Amerika terrorizmi”nə qarşı qanun qəbul etdi
İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Sənədə parlamentin 212 üzvü səs verib. “Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq və parlament tərəfindən qəzəblə cavab veriləcək”, - parlamentin spikeri Əli Laricani səsvermədən sonra bildirib.














