Dünya

Əməliyyat zamanı xəstənin gözündən çıxanlar həkimləri ŞOK ETDİ

18 İyul 2017 15:16

İngiltərədə katarakta əməliyyatı üçün xəstəxanaya gedən 67 yaşlı qadın həkimləri şoka salıb. Həkimlər əvvəlcə qadının gözündən mavi rəngli yad cisim çıxarıb. Sonra bu "yad cismin” bir-birinə yapışan 17 linza olduğunun fərqinə varıblar. Həkimlər qadının gözlərini təkrar müayinə edib və daha 10 linza çıxarıb.

FİFA-nın vitse-prezidenti həbs olundu

18 İyul 2017 15:01

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib. Onunla birgə oğlu Qorka da saxlanılıb. A.Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.

Qaçırılıb, zorlanan qadından tükürpədici açıqlama: "25-30 min verəcəklərini dedi"

18 İyul 2017 14:51

İstanbulun mərkəzi Taksimdə F.E. adlı qadını qaçıraraq onu zorladıqdan sonra, şikayətindən imtina etməsi üçün pul təklif edildiyi deyilir. Zərər çəkmiş şəxs F.E. hadisə zamanı bıçaqlanan rəfiqəsi E.Y.-nin təklifi qəbul etdiyini bildirib.

Bosniya Hersoqovinada Türk Fimleri Festivalı

18 İyul 2017 14:45

Bosniya Hersoqovinanın Mostar şəhərindəki Türk Filmleri Festivalları start götürüb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival  Yılmaz Ərdoğanın və Ömər Faruk Sorakın çəkdiyi “Vizontele” filmi ilə açıq élan edilib. “Mostarda Yaz” fəaliyyəti çərçivəsində Mostar Yunus Emre İnstitutu tərəfindən Milli Teatrda keçirilən film nümayişinə Bosniya Herseklileri böyük maraq göstəriblər. “Vizontele” ilə yanaşı Çağan Irmakın "Babam və Oğlum", Yılmaz Ərdoğanın "Şən Hayat", Özhan Erenin "120", Osman Sınavın "Uzun Hikaye", Yavuz Turgul'un "Eşkıya" və Atif Yılmazın "Selvi Boylum Al Yazmalım"  filmləri  21 İyula qədər festivalda sinemasevərlərə təqdim olunacaq.

Rusiya Mərkəzi Bankının rəhbərliyində DƏYİŞİKLİK

18 İyul 2017 14:45

Rusiya Bankının sədr müavini Olqa Skoroboqatova Mərkəzi Bankın birinci sədr müavini təyin edilib. Mərkəzi Bankda bu postu tutan Qeorgiy Luntovskiy isə sentyabrın 1-dən öz istəyi ilə postunu tərk edir. Bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir ki, o, milli ödəniş sistemi, informasiya və maliyyə texnologiyaları və layihə departamentlərini idarə edəcək.

İngiltərədən Trampa SƏRT REAKSİYA: “Qırmızı xalı sərilməyəcək!”

18 İyul 2017 13:55

Londonun bələdiyyə sədri Sadiq Xan ABŞ prezidenti Donald Trampın İngiltərəyə səfər etməsinə sərt reaksiya verib. Sadiq Xan prezidentin ölkəyə səfəri zamanı onu qırmızı xalı ilə qarşılamayacağını deyib.

Poroşenko: "Ukraynanın Donbas və Krım üzərində suverenliyi bərpa ol

18 İyul 2017 13:52

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Donbas və Krım üzərində suverenliyi bərpa edəcəyini deyib.  Ukrayna prezidenti bunu separatçı “Donetsk Xalq Respublikası” (DNR) rəhbərinin Malorossiya dövlətinin elan olunması bəyanatına cavab olaraq bildirib. “Novorossiya layihəsi birdəfəlik basdırılıb. Ukrayna Donbass və Krım üzərində suverenliyini bərpa edəcək”, - deyə Poroşenko bildirib.

Canlı bomba 4 nəfərinə həyatına son qoydu

18 İyul 2017 13:40

Suriya ilə  Türkiyə sərhədinin şimal-şərqində  terror hadisəsi baş verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, ilkin məlumata əsasən hadisə zamanı 4 adam həyatını itirib. PKK terror təşkilatının Suriyadakı davamı olan YPG- nin himayəsi altında olan  Tel Tamr kəndində meydana gələn hücumun canlı bomba tərəfindən reallaşdırıldığı bildirilir.

Türkiyədə İŞİD əməliyyatı

18 İyul 2017 13:38

Türkiyənin Bingöl vilayətində İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, əməliyyat zamanı  6 nəfər saxlanılıb. Bingöl Respublika Baş prokurorluğundan verilən məlumata əsasən aparılan istintaq əməliyyatı zamanı şübhəlilərin ev və iş yerlərində axtarışlar aparılıb. İstintaq davam edir.

Moskvada yaşayış binasında yanğın olub, hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb edilib

18 İyul 2017 13:23

Moskvada hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.  Yanğını söndürmək üçün hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə baş verən zaman binada yalnız fəhlələr olub. Binada yerləşən restoranın personalı və müştərilər daxil olmaqla, 26 nəfər təxliyə olunub.

İş adamlarını çılpaq fotoları ilə şantaj edən şəxs bu məşhur imiş: MÜDHİŞ PLANIN ÜSTÜ AÇILDI 

18 İyul 2017 13:17

Türkiyədə iş adamlarının silah gücü ilə çılpaq fotolarını çəkib, təhdid edən cinayətkar dəstənin 4 üzvündən ikisi tanınmış model çıxıb. İstanbul və Adanada dəstə üzvü olan modellərlə zəngin iş adamlarını günlük tutduqları evlərdə nahar və yeməyə çağırıb, silah gücü ilə çılpaq fotolarını çəkərək şantaj edən bir cinayətkar qrupa qarşı İstanbul polisi tərəfindən əməliyyat təşkil edilib.  Həbs edilən iki modeldən birinin "The Queen of Eurasiya" Gözəllik Yarışının ilk türk qalibi olaraq tarixə düşən Sibel Demiralp olduğu məlum olub.

İki nüvə dövləti arasında müharibə BAŞLADI – 158 ölü

18 İyul 2017 13:07

Çin Hindistanı raket və minaatanlardan atəşə tutub. Hücumda 158 hind əsgəri həyatını itirib. Xeyli hərbçinin yaralandığı bildirilir. Hadisənin təfərrüatları və səbəbləri barədə informasiya yoxdur. 

Bu qadınların yaşını öyrənəndə çox TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

18 İyul 2017 13:05

Qocalıq hər kəs üçün əsl faciədir. Dərinin qocalma prosesini ləngitmək üçün insanlar kosmetik məhsullara və digər kosmetloji müdaxilələrə hər il milyardlarla dollar pul xərcləyir.

Ehtiyatlı davranın: telefon bəzən ölümə səbəb olur - VİDEO

18 İyul 2017 12:56

Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətinin Nəqliyyatda Təhlükəsizlik Departamenti belə sloqanla yeni sosial reklam kampaniyasına başlayıb.  Kampaniya sosial şəbəkələrdə "#ItCanwait" heşteqi ilə yayılır. 

Müharibəyə səbəb olacaq QƏRAR: Rusiya sərhədində yeni “dövlət” yaradılır

18 İyul 2017 12:33

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Zaxarçenko bu haqda jurnalistlərə bildirib. Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.