Dünya

İspaniyanın baş nazirindən sərt açıqlama: "Ölkə bölünməyəcək"

9 Oktyabr 2017 15:34

İspaniyanın baş naziri Rajoy Kataloniya referendumu ilə bağlı açıqlama verib. Nazir açıqlamasını Almaniyanın nüfuzlu qəzeti "Die Welt"'ə verib. Açıqlamada deyilir: "İspaniya bölünməyəcək. Bunu təmin etmək üçün qanunların icazə verdiyi hər şeyi edəcəyik".

Kral sarayına silahlı hücum

9 Oktyabr 2017 15:24

Ötən gün Səudiyyə Ərəbistanı kralının Ciddədəki Qızıl Dəniz sahilində yerləşən  sarayına silahlı basqın olub. Silahlı şəxs Kalaşnikov avtomatı ilə sarayın Qərb qapısını mühafizə edən mühafizəçilərə atəş açıb. Baş verən silahlı insident nəticəsində iki əsgər həlak olub, üç nəfər yaralanıb. Qarşıdurma zamanı saraya hücum edən silahlı şəxs öldürülüb. Saraya hücum edənin 28 yaşındakı Səudiyyə Ərəbistanı vətəndaşı Mənsur Əl-Əmri olduğu bildirilir. Hadisə ilə bağlı istintaq başladılıb.

Kriminal avtoritet 8 il əvvəlki arvadının… - Deputatın qətlində ŞOK DETALLAR - VİDEO

9 Oktyabr 2017 15:22

Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin sifarişçisidir. Bu haqda brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lusenko bildirib.

Türkiyə ordusu yenidən Suriyaya girdi

9 Oktyabr 2017 15:18

Türkiyə ordusu Suriyaya girib.  Türkiyə hərbçiləri Rusiya ilə birgə İdlib şəhərindəki əməliyyatda iştirak edəcək. Ərazidə Azad Suriya Ordusunun imkanlarından da istifadə ediləcək. Bildirilir ki, əməliyyatın məqsədi bu bölgədə əldə edilmiş sabitliyin möhkəmləndirilməsidir.

"İŞİD-ə silahı ABŞ verir" — Suriyalı generaldan ŞOK İTTİHAM

9 Oktyabr 2017 14:57

Suriya ordusunun baş əməliyyat idarəsinin rəisi Əli Əl-Əli yeni açıqlma verib. General ABŞ-ı Suriyadakı terrorçuları silahla təmin etməkdə ittiham edib. Açıqlamada deyilir: "Biz bilirik ki, ABŞ Suriyadakı terrorçulara 5 iyun-15 sentyabr tarixləri arsında 1421 qutu hərbi sursat və silah verib. Bu silahlar guya terrorçular qarşı mübarizə üçün nəzərdə tutulmuşdu. Amma nəticədə bu silah-sursat İŞİD terrorçularının əlinə keçib. Eyni zamanda Nusra Cəbhəsi qruplaşması da bu silahdan istifadə edir".

ABŞ Türkiyəyə təzyiqləri artıracaq

9 Oktyabr 2017 14:38

ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza verilməsini dayandırması, Vaşinqtonun Yaxın Şərqdə toqüuşan maraqları və bir başa prezident R.T. Ərdoğana qarşı siyasətinin nəticəsidir. Məhz Ərdoğan ABŞ-la çox ciddi ziddiyyətə getmək, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə döndərməklə, NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib. 

Ermənistanda vəzifəli şəxs jurnalisti döyüb

9 Oktyabr 2017 14:34

Ermənistanda jurnalistlərin döyülməsinə dair daha bir fakt qeydə alınıb.  Vayots Dzor vilayətinin Karaqlux icmasının rəhbəri Artur Stepanyan və Şadin icmasının tibb mərkəzinin direktoru Zoya Martirosyan Armday.am saytının əməkdaşı Paylak Fahradyana qarşı zor tətbiq edib. Hadisə Şatin icmasının tibb mərkəzində baş verib. 

Atambayev Putinlə görüşdən imtina etdi

9 Oktyabr 2017 14:33

Qırğızıstan prezidenti Almazbek Atambayev Soçidə MDB ölkələrinin başçılarının iclasında iştirak etməyəcək. Bu haqda prezidentin mətbuat xidmətindən bildirilib.

Ordu hərəkətə keçdi, müharibə başladı - CİA-nın bölgədə ŞOK PLANI

9 Oktyabr 2017 14:31

Türkiyə “Fərat qalxanı” hərəkatından sonra Azad Suriya Ordusu (ASO) ilə birlikdə İdlibdə ikinci əməliyyata başladı. Əməliyyat Rusiya və İranla birlikdə Astanada razılaşdırılan “atəşkəs bölgələri” planı çərçivəsində aparılır.

Beynəlxalq güclərin türk millətini tarixdən silmək projesi

9 Oktyabr 2017 14:19

Tarixən Türk millətini xəritədən silmək istəyən xarici güclər bu gün öz məkirli planlarının icrası istiqamətində çalışırlar. Əgər uzaq tarixdə ilk olaraq Osmanlı torpaqlarını parçalamaq və Osmanlının sahib olduğu , indiki Türkiyə ərazisini işğal edib, Türk millətini xəritədən silmək, bu milləti qul kimi istifadə edib, öz mədəniyyətləri içində yox etmək kimi planlar icra edilirdisə, günümüzdə bu plan daha müasir formada, referendum keçirmək, ekstremist və separatçıp qüvvələrə dəstək verib onları Türkiyə dövlətinə qarşı vuruşdurmaq, bununla da Türkiyə dövlətini zəiflətmək kimi addımlar atılır.

Xəzərdə gəmilər həyəcan siqnalı ilə qaldırıldı, sahilə atəş açılacaq

9 Oktyabr 2017 13:52

Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb. Cənub həbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün səhər Rusiyanın Xəzər donanması qəfil həyacan siqnalı ilə qaldırılıb. 20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb və təlim üçün təyin edilmiş rayona doğru istiqamət alıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və artilleriya gəmiləri, habelə desant katerləri iştirak edir.

2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI

9 Oktyabr 2017 13:17

Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.  Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

Kataloniyalılar geri addım atmır — "Çərşənbə günü müstəqillik elan edəcəyik"

9 Oktyabr 2017 12:52

İspaniyanın Kataloniya muxtar vilayətinin rəhbəri müstəqillik üçün geri addım atmayacaqlarını bildirib. Xalq çərşənbə günü müstəqillik elan ediləcəyini açıqlayıb. Puçemont tək tərəfli müstəqillik elan edəcəklərini bildirib: "Biz bunu tək tərəfli müstəqillik elanı adlandırmırıq. Biz müstəqilliyimizi elan edirik. Bu, qanunlarda var və qanunu tətbiq edəcəyik".

Ərdoğan Ukraynaya səfər edəcək

9 Oktyabr 2017 12:49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Prezident Ukraynada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək. Məlumata görə, səfər çərçivəsində Ərdoğanın ukraynalı həmkarı Petro Poroşenko tərəfindən rəsmi qarşılanma mərasimi olacaq və iki ölkə başçısı arasında görüş təşkil ediləcək. Görüşün ardından Ərdoğan və Poroşenko Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağına başçılıq edəcəklər.

Ordu Şimali Koreyaya qarşı təcili əməliyyatlara hazırdı - MƏNBƏ

9 Oktyabr 2017 12:43

Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili əməliyyatlara hazırdır. Bu haqda öz mənbəyinə istinadən “Renxap” agentliyi bildirib. Agentliyin həmsöhbəti hərbi dairələrdə məhz hansı əməliyyatların müzakirə olunduğunu dəqiqləşdirməyib. O bildirib ki, Cənubi Koreya və ABŞ KXDR-in hər hansı yeni nüvə və raket sınaqlarına hazırlaşdığına dair əlamətləri aşkar etməyib. Sınaqların Koreya Əmək Partiyasının yaranmasının ildönümü olan oktyabrın 10-da keçiriləcəyi proqnozlaşdırılırdı. “Hadisələrin inkişafını yüksək diqqətlə izləyirik”, - agentlik anonim mənbədən sitat gətirib.