Dünya

Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı

9 Oktyabr 2017 18:03

Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib. Məlumata görə, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb. Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib. Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib.

Kreml YPG ilə Suriyanı müzakirə etdi

9 Oktyabr 2017 18:02

Kürd Özünümüdafiə Qüvvələrinin (YPG) rəsmi nümayəndələri Moskvada Suriyadakı durumu müzakirə edib.  Rusiyalı məmurların dəvəti ilə Moskvaya gedən kürd rəsmiləri Suriya ilə bağlı vahid strategiyanın hazırlanmasını vacib sayıblar.

ABŞ-ın Türkiyədəki səfirliyində daha bir nəfər həbs edildi

9 Oktyabr 2017 17:54

ABŞ Türkiyədəki səfirliyində qurumun əməkdaşı Metin Tvizdən başqa, bir nəfərin də həbs olunduğu barədə məlumat yayılıb. Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir. Məlumata görə, həmin şəxsin yaxınları - oğlu və həyat yoldaşı da həbs edilib.

Almaniya Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün şərtini açıqlayıb

9 Oktyabr 2017 17:45

Almaniya Türkiyə ilə son dövrdə gərginləşən münasibətlərin yaxşılaşdırılmasının şərtini açıqlayıb. Almaniya xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Türkiyədə siyasi səbəblər üzündən həbs edilən Almaniya vətəndaşları azad edildikdən sonra iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması barədə düşünmək olar.

Qırğızıstanda çevriliş gözlənilir

9 Oktyabr 2017 17:39

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB ölkələrinin Dövlət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçiriləcək toplantısına qatılmayacaq.

Medvedev İŞİD-i məhv etməyin yolunu açıqladı

9 Oktyabr 2017 17:33

Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrinə çağırış edib. Baş nazir bütün dövlətlərindən qəzəblərini və fərqliliklərini bir kənara buraxaraq, sivilizasiyaya meydan oxuyan İŞİD və digər terror təşkilatlarına qarşı birləşməsini istəyib.

Arakanlı müsəlmanları daşıyan qayıq batdı: Ölənlərdən 12-si uşaqdı

9 Oktyabr 2017 16:54

Myanmadakı şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarının qayığı batıb. Hadisə nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər həlak olub, 13 nəfər xilas edilib.

Azərbaycanlıların işlədiyi bu bazar yandı... -VİDEO 

9 Oktyabr 2017 16:38

Rusiyanın Rostov şəhərində “Temernik” bazarında güclü yanğın baş verib. İkimərtəbəli alış-veriş mərkəzində qeydə alınan yanğın 6 min kvadrat metr ərazini əhatə edib.

FETÖ casusu ABŞ Konsulluğunda gizlənir – Türkiyə

9 Oktyabr 2017 16:29

ABŞ-ın İstanbuldakı Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulmasından sonra daha bir şəxs barəsində həbs qərarı verilib.Bu barədə “Təqvim”  qəzeti informasiya yayıb.

ABŞ Ermənistana 51,2 milyon dollarlıq hərbi yardım edib

9 Oktyabr 2017 16:25

2003-cü ildən etibarən ABŞ-ın Kanzas Milli Qvardiası Ermənistan silahlı qüvvələrinin peşəkarlığını artırmaq üçün rəsmi İrəvanla əməkdaşlıq edir. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. 2002-ci ildən isə Ermənistan ABŞ-ın hərbi maliyyələşdirmə proqramı çərçivəsində 51,2 milyon dollardan çox maliyyə dəstəyi alıb. 

Türkiyədən ABŞ-a mesaj — Qərarınızdan geri dönün

9 Oktyabr 2017 16:23

Türkiyənin xarici işlər üzrə müşavir dünən ABŞ səfiri ilə telefonda danışıb. ABŞ səfirinin müşaviri bu gün xarici işlər nazirliyinə dəvət edilib. Rəsmi Ankara ABŞ-a "qərarınızdan geri dönün"-mesajını verib.

Qarabağda separatçı rejimin “müdafiə naziri” xəstəxanalıq oldu

9 Oktyabr 2017 16:10

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “müdafiə naziri” Levon Mnasakyan xəstəxanaya yerləşdirilib. Bu barədə Ermənistanın “Aysor” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, L.Mnasakyan xəstəxanaya yerləşdirməsinə ürək ağrıları səbəb olub.

Qətər bu şərti yerinə yetirsə - Körfəz böhranının həlli tapıldı

9 Oktyabr 2017 16:08

Birləşmiş Ərəb Əmirlikləri Körfəz koalisiyası ilə birgə sanksiyalar tətbiq etdiyi Qətərin qarşısına yeni şərt qoyub. Qətər FİFA 2022 Dünya Kubokuna ev sahibliyindən imtina edərsə, Körfəz böhranı sona çatacaq. Bu barədə BƏƏ-nin yüksək vəzifəli təhlükəsizlik nümayəndəsi Dahi Kaflan məlumat verib. Onun tvitter hesabından verdiyi bu açıqlama Qətəri boykot edən ölkələr arasında böhranın başa çatması ilə bağlı ilk müsbət addım kimi dəyərləndirilib. Rəsmi Qətər bu şərtlə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Vitse – prezidentin qardaşı həbs olundu

9 Oktyabr 2017 16:04

İranın vitse-prezidenti İshaq Cahangirinin qardaşı Mehdi Cahangiri həbs edilib. Onun işadamı olduğu və bir neçə böyük turistik layihədə iştirak etdiyi bildirilir. Hal-hazırda Cahangirinin TehrandaFransa şirkətləri ilə birgə “Novotel” və “İbis” otellərinin tikintisinə rəhbərlik etdiyi bildirilir. İshaq Cahangiriqardaşının həbs edildiyini təsdiqləyib. Ancaq saxlanma səsəblərini açıqlamayıb. Xəbəri Olayların Türkiyə bürosu yayıb.

İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu

9 Oktyabr 2017 15:40

2017-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı davranış iqtisadiyyatı sahəsindəki tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard Talerə verilib.