ABŞ Ermənistana 51,2 milyon dollarlıq hərbi yardım edib

2003-cü ildən etibarən ABŞ-ın Kanzas Milli Qvardiası Ermənistan silahlı qüvvələrinin peşəkarlığını artırmaq üçün rəsmi İrəvanla əməkdaşlıq edir. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. 2002-ci ildən isə Ermənistan ABŞ-ın hərbi maliyyələşdirmə proqramı çərçivəsində 51,2 milyon dollardan çox maliyyə dəstəyi alıb. 

Məlumatlara görə, vəsait əmlak və avadanlıqların, əsasən zireh qoruyucu dəstlər, radio-rabitə avadanlığı, səhra hospitalı sistemi və digər avadanlıqların alınmasına istifadə edilib. AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31