Dünya
6 şübhəli şəxs saxlanıldı
Türkiyəyə qaçaq yoll daxil olan bir PKK - lı terrorçu və 5 şübhəli Suriya vətəndaşı Mardində saxlanıldı. Olaylar bildirir ki, saxlanılan suriyalı vətəndaşların terrorçulara kömək etdikləri məlum olub. Belə ki, onlardan bəziləri saxta passport vaistəsi ilə Türkiyəyə daxil olublar. Saxlanılan şəxslərin üzərlərində yaddaş kartları, mobil nömrələr, bir sıra məlumat xarakterli qeydlər aşkarlanıb.
YUNESKO-nun İcraiyyə Şurası baş direktoru seçə bilməyib
YUNESKO-nun İcraiyyə Şurası seçkilərin birinci turunda təşkilatın baş direktorunu seçə bilməyib. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib. Oktyabrın 10-da YUNESKO-nun İcraiyyə Şurasının 58 iştirakçı ölkəsi seçkilərin ikinci turunu keçirmək üçün toplaşacaq. Şuranın prosedur qaydaları lazım gəldiyi halda beş turadək seçki keçirməyə icazə verir. Sonuncu mərhələdə qalib müəyyən edilməsə, seçkinin nəticəsini püşkatma həll edir. Reqlament, həmçinin ilkin siyahıya daxil edilmiş bütün iddiaçıların seçkilərdə iştirak etməsinə imkan yaradır.
Tələbə polisi güllələdi
ABŞ-ın Texas ştatının Labbok şəhərində, Texas texnoloji universitetində tələbə polisi güllələyib. Tələbə polislər tərəfindən yoxlama səbəbi ilə universitet ərazisində yerləşən polis məntəqəsinə gətirilib. Tələbə yoxlama zamanı polislərə atəş açıb və bir polisi öldürərək hadisə yerindən qaçıb.
Səfirlikdə daha bir nəfər həbs
Türkiyədəki səfirliyində qurumun əməkdaşı Metin Tvizdən başqa, bir nəfərin də həbs olunduğu barədə məlumat yayılıb. Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir.
Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək
Tayvanın “TSMC” şirkətinin qurucusu və indiki baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib.
“USB” interfeysinin sürəti 2 dəfə artırılacaq
“USB 3.0” standartının spesifikasiyalarının hazırlanmasına nəzarəti həyata keçirən “USB 3.0 Promoter Group” təşkilatı eyniadlı interfeysin spesifikasiyalarının yenilənməsini açıqlayıb.
2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq
“StatCounter” servisinin məlumatına istinadən “TechRadar” nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi ola bilər. Statistikaya görə, 2017-ci ilin sentyabrında masaüstü fərdi kompüter (FK) və noutbukların 39,3%-i “Windows 10” sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43% çoxdur. “Windows 7” sisteminin bazar payı isə 1,11% azalaraq 44% olub.
“Google” aerostatları Puerto-Rikoda mobil rabitəni bərpa edib
"Google" şirkətinə məxsus ABŞ-ın "Alphabet" holdinqinin innovativ laboratoriyasının mütəxəssisləri "Project Loon" hava şarları vasitəsilə Puerto-Rikonun "İrma" və "Mariya" qasırğalarından ziyan çəkən bir sıra ərazilərində mobil rabitəni qismən bərpa etməyə nail olublar.
“Discovery” və “Google” virtual səyahətlər layihəsi üzərində işə başlayır
Məşhur “Discovery” televiziya kanalı “Google” internet şirkəti ilə səylərini birləşdirərək 38 virtual səyahət toplusundan ibarət unikal layihə üzərində işə başlayacaq. Layihəyə görə, Yer kürəsinin bu və ya digər guşəsini görmək istəyən insanlar tezliklə evlərini tərk etmədən öz arzularını həyata keçirə biləcəklər.
2017-ci ilin ən yaxşı smartfonları bəlli olub
“TechRadar” tərəfindən təşkil edilmiş “Mobile Choice Consumer Awards 2017” illik mərasimində 2017-ci il üzrə mobil bazarla bağlı ən yaxşı smartfon, servis və məhsulların adı açıqlanıb. “Samsung” şirkəti iki ən nüfuzlu mükafata layiq görülüb. Cənubi Koreya şirkəti ən yaxşı istehsalçı, “Galaxy S8” isə 2017-ci ilin ən yaxşı smartfonu adına layiq görülüb.
“BlackBerry Motion” smartfonunun şəkli dərc edilib
Məşhur insayder Evan Blanss bu günlərdə “BlackBerry” brendinin məxsus olduğu “TCL” şirkətinin yeni smartfonunun üst hissəsinin fotoşəkilini dərc edib. Əvvəllər “TCL” şirkətinin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “BlackBerry Krypton” adlı smartfon hazırlaması barədə məlumatlar yayılsa da, indi onun “Motion” adlanacağı məlum olub.
23 meqapiksellik kamera ilə təchiz edilmiş “ZenFone V” smartfonu təqdim edilib
Tayvanın “ASUS” şirkəti tərəfindən təqdim edilmiş yeni “ZenFone V” smartfonu qabaqcıl foto imkanlara malikdir. Qurğunun əsas kamerası 23 meqapiksellik təsvir datçikinə, ikiqat LED işıqlandırıcı, 6 elementli optika, təsvirin optik sabitləşməsi sistemi, elektron stabilizator və 0,03 saniyə ərzində işə düşən lazer avtofokusuna malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
Məşhur fransız aktyor vəfat edib
Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib. Məlumata görə, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.
500 minlik üzüklə xəyanəti bağışladı
Gecə klubunda iki qızla əylənərkən görüntülənən "Qalatasaray"lı futbolçu Selcuk İnan həyat yoldaşı Cemrenin könlünü ələ ala bilib. Xəyanət xəbərinin mediada yayılmasından sonra Cemre xaricdəki tətilini yarımçıq qoyaraq İstanbula qayıdıb. Cütlüyün arasında yaşanan mübahisədən sonra ailələri məsələyə müdaxilə ediblər.
Məşhur cütlük ayrıldı
Müğənni Serdar Ortaç həyat yoldaşından boşanmaq üzrədir. 2014-cü ildə özündən 20 yaş kiçik modellə evlənən Serdar Ortaçın xanımı Xloya Louqna ilə münasibətləri gərgindir. İddialara görə, cütlüyün münasibətlərinin korlanmasının səbəbi müğənninin tezliklə ata olmaq istəməsidir. Xloya isə buna qarşıdır.













