Dünya

“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF

10 Oktyabr 2017 12:15

"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə malik deyil və dəfn edilməlidir". Bunu Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format yaradılmalıdır.

Bazar günü qiyamət qopacaq — ABŞ-dan ŞOK İDDİA

10 Oktyabr 2017 12:09

ABŞ mətbuatı yeni iddia ilə çıxış edib. Mübahisəli X planetinin 15 oktyabr tarixində dünyamıza çox yaxınlaşacağı bildirilir. Bunun isə təbii fəlakətlərə səbəb olacağı iddia edilir.

Suriyada Rusiya qırıcısı qəzaya uğradı

10 Oktyabr 2017 12:04

Suriyada Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı ekipaj üzvləri həyatını itirib. Qəzanın təyyarədə yaranan texniki nasazlıqdan baş verdiyi deyilir.

Çilidə 6,3 bal gücündə zəlzələ

10 Oktyabr 2017 11:55

Çilinin şimalında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti yeraltı təkanların 6,3 bal gücündə olması barədə xəbər yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.32-də Putre yaşayış məntəqəsindən 36 kilometr cənub-qərbdə baş verib.

Atlantik okeanda bu mövsüm 15-ci fırtına formalaşıb

10 Oktyabr 2017 11:54

Atlantik okeanda bu mövsüm ərazində 15-ci fırtına formalaşıb. Fırtınaya "Ofeliya" adı verilib. Fırtına Azər adalarından 1383 kilometr cənub-qərbdə formalaşıb. Məlumata əsasən, fırtına hələ ki hər hansı ərazi üçün təhlükə törətmir.

Rusiyada 1500 donuz məhv ediləcək

10 Oktyabr 2017 11:49

Rusiyanın Krasnoyarsk vilayətində Afrika taunu aşkar edilən bölgədə minə yaxın, yardımçı təsərrüfatlarda isə 500 donuz məhv ediləcək. Bu barədə RİA Novosti Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin regional şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olundu - Ermənistanda

10 Oktyabr 2017 11:47

Ermənistanın "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur.

Nigeriyada YENİ VİRUS

10 Oktyabr 2017 11:42

Nigeriyada yeni virus aşkarlanıb. Olaylar bildirir ki,  Nigeriya Xəstəliklərlə  İdarə Mərkəzi rəsmiləri  ölkənin ən az 7 əyalətində "meymun çiçək virusu" – na  (monkeypox) rast gəlindiyini və 31 nəfərin virusa yoluxduğunu bildirib.

Nastradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ

10 Oktyabr 2017 11:35

XVI əsrdə Fransada yaşamış həkim Mişel de Nostradamusun özünü doğrultmuş proqnozları onu bizə münəccim kimi tanıdıb. Tarix boyu ən önəmli hadisələr onun daha əvvəl verdiyi proqnozlara uyğun şəkildə cərəyan edib. 1503-1566-cı ilərdə yaşamış Nastradamusun 2017-ci il üçün verdiyi proqnozlar da düz çıxmağa başlayır.

Nazir müavini işdən çıxarıldı - Qazaxıstanda

10 Oktyabr 2017 11:29

Qazaxıstanın yanacaq bazarında yaranan çətinliyə görə bu ölkənin energetika nazirinin müavini Aset Maqauovu işdən çıxarılıb. Bu barədə Qazaxıstanın Baş naziri Bakıtcan Sagintayev bildirib. O qeyd edib ki, energetika naziri Kanat Bozumbayevə töhmət verilməsi barədə də Qazaxıstan prezidentinə təklif verib.

Ukraynada faciəli şəkildə ölən azərbaycanlılardan biri məmur oğludur

10 Oktyabr 2017 11:20

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur. 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib. O, Sabirabad rayonunda dəfn edilib.

ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi - Gərginlik davam edir

10 Oktyabr 2017 11:10

ABŞ yenidən Suriyanın İdlib şəhərindəki Əl-Qaidə terror təşkilatına bağlı olan qruplara dəstək verməyə başlayıb. ABŞ Nüsra cəbhəsinə 2 aylıq fasilədən sonra maddi yardımlar göndərib. 

10 nəfər həlak oldu, 20 mindən çox insan evsiz qaldı - KALİFORNİYADA

10 Oktyabr 2017 10:10

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları baş verib. Yanğında həlak olanların sayı 10 nəfərdi.100-dən artıq insan isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərlənənlər olduğu bildirilir. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.

Ukrayna və Türkiyə arasında yeni aviasiya və gəmi xətləri açılacaq

10 Oktyabr 2017 09:44

Ukrayna və Türkiyə arasında yeni aviasiya və gəmi xətləri açılacaq. Bunu Ukrayna Prezidenti Petro Poroşenko Kiyevdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.