10 nəfər həlak oldu, 20 mindən çox insan evsiz qaldı - KALİFORNİYADA
ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları baş verib. Yanğında həlak olanların sayı 10 nəfərdi.100-dən artıq insan isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərlənənlər olduğu bildirilir. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.
10 Oktyabr 2017 10:10 DünyaABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları baş verib. Yanğında həlak olanların sayı 10 nəfərdi.100-dən artıq insan isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərlənənlər olduğu bildirilir. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.
Yanğın nəticəsində 20 mindən çox insan evsiz qalıb. 1500-dən çox ev və inzibati binanı yararsız haldadı. Yanğın elektrik və telefon xətlərini də sıradan çıxarıb. Hazırda yanğınsöndürənlər Napa, Sonoma, Yuba, Budda, Nevada, Calaveras və Mendocino əyalətlərindəki yanğını söndürməyə çalışır. Yanğında zəzərçəkmiş insanlara ərzaq yardımını göstərilib.
Kaliforniya ştatının qubernatoru Cerri Braun ard-arda baş verən yanğınlar səbəbindən ərazidə fövqəladə vəziyyət elan edib.