Dünya
Səhnədə halı pisləşən Mehmet Ali xəstəxanaya yerləşdirildi
"Miss Fashion TV 2017" gözəllik yarışmasında aparıcılıq edən şoumen Mehmet Ali Erbilxəstəxanaya yerləşdirilib. Halı pisləşən aparıcı xəstəxanaya aparıldığından şounu yarımçıq dayandırmalı olub. Vertiqo xəstəsi olduğunu deyən Erbil "Müvazinətimi itirirəm, ayaqda güclə dayanıram" deyərək tamaşaçılardan üzr istəyib.
Moskva məhkəməsi AST Telmanı müflis elan etdi
Moskvanın arbitraj məhkəməsi AST Telmanın şirkətləri haqqında yeni qərar qəbul edib. Məhkəmənin hökmü ilə "Praqa" restoranlarına sahib "Praqa-AST" MMC müflis elan edilib.
İŞİD-dən qurtulan gənc türkmən qadının dəhşətli etirafları
Tikrit şəhərinin şimalındakı Əl Alam rayonundan İŞİD terrorçuları tərəfindən qaçırılan qadın xilas edilib. Qaçırıldıqdan sonra bir qarajda saxlanılan qadın başına gələn dəhşətləri danışıb: "Bizi orada evlilər və subaylar olaraq iki yerə böldülər. Beş gənc qız var idi. Gözümüzün qabağında qızları zorladılar. Bir qızı 4 nəfər növbə ilə zorladı".
"Hər gecə üçün 6 min dollar verirdi" - Las-Veqas qatililə bağlı DAHA BİR DETAL
Ötən həftə Las-Veqasda 59 nəfərin öldürən, 527 nəfəri yaralayan Stefan Peddok haqqında daha bir fakt aşkarlanıb. Las-Veqas polisinin yaydığı məlumata görə, araşdırma zamanı cinayətkarın tez-tez ünsiyyətdə olduğu yüngül həyat tərzi sürən qadın maraqlı faktların üstünü açıb.
Təyyarə təcili eniş etdi
Türk Hava Yollarından verilən məlumata görə, İstanbuldan Brüsselə uçan sərnişin təyyarəsində həyacanlı anlar yaşanılıb. Belə ki, Sabiha Gökçen Hava limanından uçan TC-JPR Airbus 320 tipi TK 1945 səfər sayılı təyyarədə havaya qalxdıqdan sonra çox yağır qoxu gəlməyə başlayıb. Həyəcənlanan sərnişinlər təyyarə heyyətinə xəbər veriblər. Təyyarə təcili olaraq Vyana hava limanına enib. Təyyarədəki sərnişinlər gözləmə salonuna yerləşdiriliblər. Səfərin davam etməsi üçün İstanbuldan Vyanaya boş təyyarə göndərilib.
Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi
Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. Bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib. Son məlumata görə, əməliyyatı zamanı 2 silahlı öldürülüb. Məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
Ayətullah Əli Xamenei: "Uşaqlarınızı türk dilinə öyrədin!"
Sosial şəbəkələrdə Ayətullah Əli Xameneinin beşyaşlı uşaqla söhbətinin videosu getdikcə daha çox populyarlıq qazanır. Uşaq Ayətullah Xameneiyə şəkil göstərir, sonra İranın lideri ona fars dilində bir neçə sual verir. Bundan sonra Ayətullah gözlənilmədən türk (Azərbaycan) dilinə keçir və uşaqdan soruşur: "Sən türksən, yoxsa fars?"
ABŞ-ın sabiq prezidenti Şimali Koreyaya getmək istəyir
ABŞ-ın sabiq prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etmək və bu ölkənin lideri Kim Çen İnlə görüşmək istəyir. Bir neçə gün əvvəl "Washington Post" qəzeti 93 yaşlı C.Karterin ABŞ rəhbərliyini danışıqlar aparmaq üçün Şimali Koreyaya yüksək səviyyəli nümayəndə heyəti göndərməyə çağırdığını yazmışdı.
4 nəfərin təcavüz etdiyi model İnstagram-da çılpaq şəklini yaydı
Bir müddət əvvəl quldurlar tərəfindən fotosessiya çəkmək adı ilə aldadılıb qaçırılıb, zorlanan model Xlo Alinq onların əlindən xilas olduqdan sonra İnstagram hesabında yeni paylaşım edib.
Qaçqınları daşıyan qayıq batdı: 23 ölü
Banqladeş yaxınlığında göyərtəsində rohincalı qaçqınların olduğu qayığın batması nəticəsində 23 nəfər ölüb. Hadisə Myanmanın Banqladeşlə sərhədində baş verib. Faciə zamanı 17 nəfərin həyatını xilas etmək mümkün olub.
Ermənistanda marixuana leqallaşdırıla bilər
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski rəsmi İrəvanın Avropa ölkələri ilə azad vizaya dair şərtləri yerinə yetirməli olduğunu bildirib.
Türkiyə ilə müharibə hazırlığı BAŞLADI
Türkiyənin İdlib əməliyyatından sonra Afrinə müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) döyüş hazırlıqlarına başlayıb. Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə hərbi təlim keçir.
“Türkiyədə hakimiyyət dəyişikliyi zamanı...” – Moskvadan CAVAB
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.
“Ərdoğana qarşı ikinci çevriliş cəhdi olacaq” - Rusiyadan ŞOK AÇIQLAMA
“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib. Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.
Havaların soyuması Ermənistan ordusunda intiharları artırır
Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilikdən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri özünəqəsd etməyə üstünlük verirlər.














