Dünya
Avropa Şurasının baş katibi açıq şəkildə Rusiyanı və Ermənistanı dəstəklədi
Avropa Şurasının baş katibi Turbyorn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, avropalı siyasətçi üçün artıq kimin onun dedikləri və hərəkətləri barədə nə düşünəcəyinin elə bir əhəmiyyəti yoxdur.
Türkmənistan prezidentinə ikinci dəfə ölkə qəhrəmanı adı verildi
Türkmənistan parlamentinin deputatları ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədova ali dövlət mükafatı – Türkmənistan qəhrəmanı adı verilməsi barədə qərar qəbul edib.
İŞİD öz döyüşçülərinə spirtli içkilər qəbul etməyə icazə verdi
Rusiya xüsusi xidmət orqanlarının xəbərinə görə, İŞİD terror təşkilatı Rusiyada olan üzvlərinə spirtli içkilər qəbul etməyə və diskotekalara getməyə icazə verib.
Rusiyaya məxsus gəmi atəşə tutuldu
Liviyanın Sərhəd Mühafizə Xidmətinin gəmiləri ölkə sahillərinin yaxınlığında Rusiyaya məxsus gəmini atəşə tutublar. “Yuva-Trans” şirkətinə aid olan taxıl yüklü “Geofast” gəmisi atəşə tutulduqdan az müddət sonra batıb. Liviya Sərhəd Mühafizəsi Xidmətinin əməkdaşlarının mülki gəmini hansı səbəbdən atəşə tutduqları məlum deyil. Gəmi heyyətinin taleyi haqqında hələlik heç bir məlumat yoxdur.
Cizan şəhərinə raket hücumu
Ötən gecə Yəmənin İranyönlü husilərin nəzarətində olan ərazisindən Səudiyyə Ərəbistanı raket atəşinə tutulub. Raketlərin İran ıstehsalı olan Qaher-2 tipi olduğu ehtimal edilir. ÖlkəninCənub-Qərbindəki Cizan şəhərinin zərbələrə məruz qaldığı bildirilir. Məlumata əsasən Səudiyyə Ərəbistanın Hava Hücumundan Müdafiyyə Qüvvələri atılan raketləri zərəsizləşdirib.
Şimali Koreyadan qorxunc açıqlama: "ABŞ-ı vurmaq an məsələsi"
Şimali Koreyaya səfər edən rus rəsmilər "İnterfax" agentliyinə açıqlama veriblər. Açıqlamaya əsasən, Şimali Koreyanın ABŞ-ı vurması an məsələsidir. Məlumata əsasən, Şimali Koreya qitələrarası ballistik raket sınaqlarına davam edir. Rusların bildirdiyinə əsasən 3 min kilometr məsafə qət edən raketləri var və modernləşdirməyə davam edirlər. Bu işlər başa çatdıqdan sonra raketlər ABŞ torpaqlarına qədər uça biləcək.
Rusiya hərbi hava qüvvələrinin əməliyyatı
Rusiya hərbi hava qüvvələri Suriyada əməliyyat keçirib. İraqın qərb rayonlarından Deyr-əz-Zora soxulmağa cəhd edən İŞİD terrorçuları qırıcıların hücumu ilə məhv edilib. Nəticədə 34 terrorçu, iri kalibrli silahla təchiz edilmiş 5 yolsuzluq avtomobili və iki silah-sursat maşını məhv edilib.
Melaniyanın Trampın keçmiş xanımına cavabı: "Boşanmış ərindən hələ də nəsə gözləmək..."
Ötən gün ABŞ prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Trampın “mən olmasaydım, Tramp indiki kimi nüfuz sahibi ola bilməzdi” sözləri medianı bir-birinə qatmışdı. ABŞ-ın birinci xanımı Melaniya Trampın cavabı da özünü çox gözlətməyib. M.Trampın sözlərinə görə, keçmiş ərindən hələ də nəyisə gözləmək acizlikdir: “Keçmiş keçmişdə qalıb, bunun heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, o qadın sadəcə diqqət çəkmək üçün belə danışıb”.
Rusiyada qubernatorları qayadan atdılar - VİDEO
Rusiyada qubernatorluğa namizəd şəxsləri növbəti sınaqdan keçiriblər. Sınaq zamanı namizədlər qayalıqdan yaxınlıqdakı gölə tullanıblar. Sınaq prosesi Soçidə baş tutub. Qeyd edək ki, bundan əvvəl qubernatorluğa namizədlər bilik sınağından keçiblər.
Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır
İraqlı diplomat: "Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək"
"Kürd xalqı İraqın ayrılmaz hissəsidir və referendum addımı düzgün deyil". Bu sözləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, referendum qeyri-konstitusion olub.
Xoşqədəmin əri PLAGİAT klipi ilə LAĞA QOYULDU - VİDEO
Türkiyəli müğənni Doğuş həmkarı Aleyna Dalverenlə “Giden gider” adlı duet səsləndirib. Bu mahnı Doğuşun köhnə mahnısı olsa da, onlar onu fərqli aranjimanla yenidən təqdim ediblər. Yutub video portalında yayımlanan klipin isə plagiat olduğu ortaya çıxıb. Belə ki, bəzi səhnələr Şakiranın “objection” klipindən götürülüb. İstifadə olunan cizgi film effektləri də digər kliplə eyni olub. Onların bu görüntüləri sosial şəbəkədə izləyicilər tərəfindən lağa qoyulub.
Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır
Südünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır. Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib. 37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
Fransada aeroportlar iflic oldu
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb. Tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar
Estetik əməliyyat üçün Çindən Cənubi Koreyaya gələn 3 qadın əməliyyatdan sonra öz ölkələrinə qayıda bilməyiblər. Əməliyyatdan sonra üzlərində yaranan şişkinliyə görə tanınmaz hala düşən qadınların Cənubi Koreyanın hava limanında saxlayıblar. Yoxlanış zamanı onlar pasportdakı şəxslər olduqlarını sübut edə bilməyiblər.














