Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır
10 Oktyabr 2017 14:57 SosialSüdünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır.
Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib.
37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib.
Polislər hələ uşağı tapa bilməyiblər. Uşağını təhlükəyə atdığına görə Uesli Metyuz saxlanılıb
///Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31