Dünya
Yeni zibil qutuları gəldi - Dolanda siqnal ötürür
Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin sentyabrında qəbul edilən yeni qaydalara görə, istifadə müddəti keçmiş köhnə zibil qutuları yeniləri ilə əvəzlənəcək.
5 yaşlı qızda 16 yaşlı qız bədəni var - nadir xəstəlik
Böyrəküstü vəzilərində fəsadlar olan 5 yaşlı qızın orqanizmi cinsi yetkinlik baxımından 16 yaşlı qızın səviyyəsindədir. Son bir il ərzində Emili Doverin vücudu yetkinlik yaşına çatmış qız bədənini xatırladır.
Bağırsaqları çöldə doğulan körpə həkimləri dəhşətə gətirdi - FOTOLAR
Böyük Britaniyanın Karmarten şəhərində bağırsaqları bədəninin üstündə dünyaya gələn körpə hamını heyrətə gətirib. Qastroşizis diaqnozu qoyulan körpə həyatda qalmaq üçün mübarizə aparır. Bir növ qarın divarı xəstəliyi olan qastroşizis ana bətnində uşağın inkişafdan qalması səbəbindən baş verir. Uşağın bağırsaqları göbək bağı üzərində inkişaf etdiyi üçün dünyaya gələndə bağırsaqlar çöldə olur. Lakin bu prosesdə infeksiyaya yoluxma olmazsa, ölüm riski çox azdır.
Hərəkət edən anda çəkilən 5 heykəl - İNANILMAZ VİDEO
Daşdan, gildən və digər bərk materiallardan hazırlanan heykəllərin hərkət etməsinə inanmaq çətindir. Lakin sosial şəbəkələrdə yayılan videolar sübut edir ki, bəzi heykəllər hərəkət edir.
Libermandan müharibə proqnozu
"Ölkənin şimalında yeni müharibə təhlükəsi təqdirində ölkə eyni zamanda həm Suriya, həm də Livana qarşı hərbi əməliyyatlar aparmalı olacaq". Bu açıqlamanı İsrailin müdafiə naziri Aviqdor Liberman verib. O bildirib ki, İsrail yeni silahlı münaqişənin baş verməməsi üçün əlindən gələni etməlidir.
AŞPA-nın yeni sədri məlum oldu
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri seçilib. Bu vəzifəyə Stella Kiriakides seçilib. AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 9-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçilib.
Niderlandda bomba həyəcanı yaşanır - Məktəb təxliyə edildi
Niderlandın Maastrixt şəhərində məktəblərdən biri partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Təxliyədən sonra məktəb binasında polis tərəfindən axtarış aparılır.
Roma papasının çıxışı zamanı problem yarandı
Roma papası I Fransiskin Vatikanda çıxışı zamanı səsgücləndiricilərdə nöqsan yaranıb. Papa çıxışına başlayarkən San Pyetro meydanına toplaşanlar bir müddət onun səsini eşitməyib.
Ərdoğan: “Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarı ABŞ-dır”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib. Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında R. T. Ərdoğan deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: “Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım”.
Prokuror iş otağında güllələndi - Türkiyədə
Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Prokurora iş otağında atəş açılıb. Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.
Bu qız iştirakçı kişi münsiflərin ağlını başından aldı - Çox gözəldir - VİDEO
Ötən gün "O ses Türkiye" mahnı yarışının növbəti buraxılışı yayımlanıb. 25 yaşlı Seren adlı qız iştirakçının ifasını bəyənən Gökhan onu görüncə çaşqınlıq içində nə deyəcəyini bilməyib. Seren "Çox gözəldir" deyərək həyəcandan yerində dayana bilməyən Gökhanın komandasına qoşulub.
Avropada ruhi xəstələrin sayına görə lider ölkə AÇIQLANDI
Ukrayna Avropada psixi xəstəlikdən əziyyət çəkən insanların sayı açıqlanıb. Bu barədə ölkənin Sosial Siyasət Nazirliyinin hesabatında deyilir. “Ukraynada 1,2 milyon insan (əhalinin 3,1%) psixi problemlərdən əziyyət çəkir və situasiya daha da pisləşir. Hər il 2 milyon ukraynalı isə psixatrik klinikaların pasinetinə çevrilir.
Lavrov: "MDB ölkələri ümumi yanaşma nümayiş etdirir"
"MDB ölkələri dünya ictimaiyyətinə bir sıra beynəlxalq məsələlərlə bağlı ümumi yanaşma nümayiş etdirir". Bunu MDB Nazirlər Şurasının iclasının yekunlarında dair keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, MDB ölkələri xarici işlər nazirlərinin dar çərçivədə olan görüşünün məhsuldar atmosferdə keçdiyi söyləyib: "Gündəlikdə duran geniş əhatəli məsələlər - regional məsələlər, MDB çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Müzakirələr bir daha onu göstərdi ki, bizim ölkələrin bir çox beynəlxalq problemlərə yanaşması oxşardır. Mövqelərimizin koordnasiyası kontekstində beynəlxalq ictimaiyyətə gündəlikdə duran bir sıra aktual mövzulara ümumi yanaşmamızı nümayiş etdirməyimizi vacib hesab edirəm".
Hindistanda 300 məktəbli qazdan zəhərləndi
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında məktəblərin birində qaz sızması nəticəsində 300 şagird zəhərlənib. Məlumata görə, 30-dan artıq şagirdin vəziyyəti ağır qiymətləndirilir. Bütün şagirdlər xəstəxanalara yerləşdirilib.
Türkiyədə daha 70 qiyamçı zabit həbs olundu
Məhkəmə Türkiyə Silahlı Qüvvələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən 70 vəzifəli hərbçisinin saxlanılması barədə sanksiya verəndən sonra təhlükəsizlik orqanları əməliyyat keçiriblər.














