Dünya
Dostları toy mərasimində bəyi öldürdü
Tualet növbəsi üstündə dava: 1 nəfər öldü
9 nəfər xarici vətəndaşın bir yerdə qaldığı evdə qəribə cinayət hadisəsi baş verib. Hadisə İstanbulun Başakşehir ərazisində qeydə alınıb. 5 mərtəbəli binada yaşayan 9 əcnəbi tualetə birinci girmək üstündə əlbəyaxa olub. Mübahisə zəminində onlardan biri boğazından aldığı bıçaq yarasından dünyasını dəyişib.
Dünyada ən çox satılan smartfonlar açıqlanıb
“iPhone 7” 2017-ci ilin ilk yarısı üçün dünyada ən çox satılan smartfonlar siyahısında birinci yeri, böyüdülmüş “iPhone 7 Plus” modeli isə ikinci yeri tutub. Buna baxmayaraq “iPhone 7 Plus” modeli 2016-cı ilin birinci yarısında satışa çıxarılan “iPhone 6s” və “iPhone 6s Plus” smartfonları ilə müqayisədə az tədarük edilib. Bu barədə “IHS Markit” tədqiqat şirkətinin hesabatında deyilir.
Dünyada məlumat itkisinin həcmi 8 dəfə artıb
İnformasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “InfoWatch” şirkətinin məlumatına əsasən, dünyada məxfi məlumatların itkisinin həcmi 8 dəfə artıb ki, bu da rəqəmli iqtisadiyyatın aktiv inkişafı ilə əlaqədardır.
“5G” rabitə texnologiyası üzrə məlumatların ötürülməsində rekord göstərici qeydə alınıb
İnformasiya texnologiyalarına həsr edilmiş “GITEX” illik sərgisi çərçivəsində BƏƏ-nin “Etisalat” telekommunikasiya şirkəti beşinci nəsil rabitə texnologiyasının imkanlarını nümayiş etdirib. Alimlər mobil şəbəkələrdə məlumatların simsiz ötürülməsi sürəti üzrə dünya rekorduna imza atmağa nail olublar. Mütəxəssislər bunun üçün kanalın buraxılış zolağını artırmağa imkan MIMO massiv və 2 QHs tezlikdən istifadə ediblər.
“Microsoft” şirkəti “Windows 10 Phone” sisteminin uğursuzluğunu etiraf edib
“Microsoft” şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət “Windows 10 Mobile” üçün yeni qurğu və yeniləmələr yaratmayacaq. O, bu haqda “Twitter”də yazıb.
“BlackBerry Motion” smartfonu rəsmən təqdim edilib
“BlackBerry” brendli mobil qurğuların istehsalı üçün hüquqlara sahib “TCL” şirkəti “BlackBerry Motion” smartfonunu rəsmən təqdim edib.
Ekstremal temperaturda işləyən yaddaş kartları təqdim edilib
“Western Digital” şirkəti yaddaş kartlarının yeni seriyasını təqdim edib. “SD” və “microSD” formatlı daşıyıcılar yüksək təhlükəsizlik dərəcəsinə malikdir, nəqliyyat vasitələri və sənaye avadanlığında istifadə üçün nəzərdə tutulub.
Çin 2019-cu ildə displey istehsalı üzrə dünyada birinci yerə çıxacaq
Maye-kristal ekranların (LCD) istehsalı zavodlarının genişləndirilməsinə aktiv şəkildə vəsaitlər yatıran Çin şirkətlərinin 2019-cu ilədək ölkəni displeylərin buraxılışı üzrə iri istehsal bazasına çevirəcəyi gözlənilir. Çinin sənaye assosiasiyalarının nümayəndələri belə düşünür.
Həbs etdiyi qızla nişanlandı
Antalyada məhkəmədə ifadə vermədiyi üçün polis bölməsinə aparılan jurnalist qız 25 yaşlı Tuğçe Saraç onu nəzarətə götürən 26 yaşlı polis serjantı ilə bir il sonra nişanlanıb. Keçən il 23 oktyabrda Antalya Qəzetçilər Cəmiyyətinin təşkil etdiyi gəzintidən qayıdan və içərisində çoxlu sayda jurnalistin olduğu avtobus polis keçid məntəqəsində saxlanılıb. Kimlik yoxlanışı aparılan jurnalistlərdən Tuğçe Saraç əvvəl məhkəməlik olan bir məsələylə bağlı ifadə verməyə getmədiyi üçün avtobusdan düşürülərək bölməyə aparılıb.
Ailədə münaqişə kişilərin infarkt olmasına səbəb yaradır — Tibbi araşdırma
Britaniyalı tədqiqatçılar ailə münasibətlərinə aid yeni araşdırmanın nəticələrini açıqlayıblar. Ailə həyatında ciddi problemlər kişilərin infarkt riskini artırır. Qadınlara isə bu şamil olunmur. Tədqiqat nəticəsində məlum olub ki, ailə həyatındakı problemlər qan təzyiqində, xolesterin miqdarı və kişilərin çəkisində kəskin artımla sıx əlaqəlidir.
Xəbərdarlıq: Fast food depressiya riskini artırır!
Fast food, ayaqüstü qidaların depressiya riskini artırdığı məlum olub. Journal of Public Health Nutrition jurnalında dərc olunan araşdırmada hamburger, sosiskalı buterbrodlar və pizza kimi fast food qidalarını çox qəbul edən insanlarda depressiv əlamətlərin olduğu qeyd edilib. Bu faiz tez-bazar hazırlanan qidaları nadir hallarda qəbul edən insanlarla müqayisədə 51 faiz çox olur.
Sevgilisi tibb bacısını yataq otağında öldürdü: bir sözə görə - İLGİNC TƏFƏRRÜAT
Şimali Kipr Türk Cumhuriyətinə köçüb, Mağusa Dövlət Xəsətəxanasında tibb bacısı olaraq işləməyə başlayan Halime Çetin aralarında baş verən anlaşılmazlıqdan sonra 2 ildən çoxdur birlikdə olduğu Hayrettin Özcömertdən ayrılıb.
Kataloniya referendumu: "Qoca qitə" dilemma qarşısında
İspaniyanın Kataloniya əyalətində müstəqillik barədə referendum keçirilməsi Avropada cavabsız suallar meydana gətirib. Mütəxəssislər baş verən hadisələrin müxtəlif səbəblərini göstərirlər.
Seda Sayan sevgilisindən ayrıldı
Müğənni Seda Sayan avqustdan eşq yaşadığı sevgilisi Murad Karabovadan ayrılıb. Ayrılığa səbəb Sedanın yaxınlarının "o adamdan ehtiyatlı ol" deyə xəbərdarlıq etmələridir. Bu xəbərdarlığa səbəb isə bu yaxınlarda infeksiya xəstəliyi keçirən Muradın iki uşağının anası, keçmiş həkim həyat yoldaşı Aslı Sarıpınarın yanına gedərək onun müalicəsini qəbul etməsidir.














