Dünya
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilir
ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib. Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.
49 yaşlı Rafet El Roman: “Eşqdən doymamışam, 3-cü dəfə evlənə bilərəm”
İki dəfə rəsmi şəkildə ailə quran Rafet El Roman bildirib ki, yenidən evlənməyi düşünür. Sevilən ifaçı hazırda həyatında heç kimin olmadığını deyib. O, açıqlamasında eşqdən, sevgidən doymadığını xüsusi vurğulayıb. Yenidən aşiq olmağı çox arzuladığını dilə gətirən Rafet "Evlilik mənim üçün müqəddəsdir. Bir dəfə də evlənəcəyəm, amma bu, son olacaq" deyərək üçüncü dəfə evlənəcəyi mesajını verib.
Türkiyədə neft emalı zavodunda partlayış olub
Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub. Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində iki nəfər ölüb. Hazırda ərazidə xilasedicilər və yanğınsöndürənlər çalışır.
İspaniya hökuməti Kataloniya prezidentinə 1 ay vaxt verdi
Kataloniyada keçirilən müstəqillik referendumundan sonra İspaniyada gərginlik davam edir. İspaniya hökuməti dialoqa başlaması üçün Kataloniya lideri Puçemonta 1 ay vaxt verib. Digər tərəfdən isə İspaniya baş nazirinin müavini açıqlama verərək bildirib ki, parlament çərşənbə günü Kataloniyadakı referendumu müzakirə etmək üçün təcili iclas çağırıb.
ABŞ-İran gərginliyinə Rusiya da daxil oldu
ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçilər Korpusunu terror siyahısına daxil etmək barədə fikir səsləndirib. Bu xəbər İranın çox sərt reaksiyalarına səbəb olub və başqa bir açıqlama da Rusiyadan gəlib. Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, Moskva ABŞ-ın bu planına müsbət yanaşmır.
Nəbahat Çehrə seriallardan sərvət qazanan türk ulduzlarından NƏLƏR DEDİ?
Nəbahat Çehrə türk ulduzların seriallardan sərvət qazanması haqqında danışıb. Aktrisalıq karyerasına 56 il əvvəl başlayan Nəbahat Çehrə seriala çəkilmək üçün yüksək miqdarda qonorar tələb etməsinə aydınlıq gətirib. O, “Hər seriya üçün 80 min TL istədiyiniz doğrudurmu?” sualına belə cavab verib: "Qəbul etmədiyim seriallara baxıram, reytinqləri yaxşı deyil. Çoxunun yayımı dayandırılıb.
ABŞ Türkiyəyə ultimatum göndərdi - Diplomatik qalmaqal pik həddə çatıb
Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
Ermənistan ordusunun əsgəri məhv edildi
Oktyabrın 10-da düşmən hərbi hissələrindən birinin döyüş postunda erməni əsgərinin meyiti tapılıb. Təxribat törətməyə çalışan əsgər 1998-ci il təvəllüdlü Çaplin Armen Marqaryan ordumuzun cavab atəşi ilə məhv edilib.
Rəsmi Vaşinqtondan Ərdoğana MESAJ: "Qərarı biz verdik, səfirimizlə qürur duyuruq"
Bunu Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert deyib. Ağ Evin, Dövlət Departamentin qəbul etdiyi qərardan xəbərdar olduğunu dilə gətirən sözçü, 2014-cü ilin sentyabr ayından Türkiyədə səfir kimi fəaliyyətə başlayan Con Bassın yeni vəzifəyə təyin ediləcəyini deyib: "Con Bassın yaxın günlərdə Türkiyədən ayrılması və Əfqanıstanın paytaxtı Kabildə yeni vəzifəyə təyin ediləcəyi gözlənilir".
Məşhur model doğum gününə elə paltarda gəldi ki...
Hollivudun qalmaqallı modeli Bella Hadid dünən 21 yaşını qeyd edib. Bellanı təbrik etmək üçün ailə üzvləri: anası Yolanda Hadid, bacısı Cici Hadid və atası Məhəmməd Hadid Nyu-York restoranlarının birində axşam görüşüblər. Amerikalı model öz doğum günü üçün iki yığcam tərz seçib: Günzdüz o, qısa ağ sarafan və açıq rəngli çəkmələrdə görünüb, doğmaları və dostları ilə axşam şam yeməyi üçünsə bədən quruluşunu vurğulayan qara rəngli seksual paltar və dikdaban ayaqqabılar geyinib.
NASA: Marsa qadın-mutantlar gedəcək! – ŞOK QƏRAR
Mars ekspedisiyalarının ekipaj üzvlərinin genində dəyişikliklər etmək təklifi Londonda keçirilən innovasiyalar sammitində (Codex innovation summit) səslənib.
Nazirlik müğənni ilə birgə layihəsinə son verdi
Gülbən Ərgən Təhsil Nazirliyi ilə birgə “Uşaqlar Gülsün Deyə” sosial layihə həyata keçirirdi. Nazirlik məşhur müğənni ilə birgə həyata keçirdiyi layihəyə son verib. Olaylar bildirir ki, buna səbəb son günlər müğənninin adınnın birgə hallandığı Tolqa Duğles olub. Layihə əsasında Türkiyənin bir sıra bölgələrində uşaq bağçaları açılmışdı.
İsraildən Fələstinə azan QADAĞASI
İsrail qüvvələri fələstinlilərə azan oxunmasını qadağa edib. Olaylar bildirir ki, İsrailin Qərb Şəriyənin cənubundakı bir kənddə yerləşən məsciddə səsgücləndirici ilə azan oxunmasına qadağa qoyulub. İsrail qüvvələri bu qərarlarının səbəbini yahudilərin narahat olması ilə əlaqələndiriblər.
“Barselona”nın sabiq futbolçusu həbs edildi
2001-2005-ci illərdə “Barselona”da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub. Polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.
Kataloniyanın müstəqilliyi təxirə salındı (YENİLƏNDİ)
Karles Puçdemon Kataloniyanın müstəqilliyinin elan olunmasının təxirə salınmasını təklif edib: "Seçkilərdə müstəqillik haqqını əldə etdik. Amma biz dialoq tərəfdarı olduğumuz üçün Madrid hökumətilə bu məsələni həll etmək istəyirik. Müstəqilliyi onlarla görüşərək həll etmək istəyirik" İspaniya hökuməti katalonların lideri Karles Puçdemont haqqında cinayət işi açsa da, Kataloniya polisi onun təhlükəsizliyini ciddi şəkildə qoruyur. Parlamentin binası təhlükəsizlik qüvvələri tərəfindən dövrəyə alınıb. ***














