Dünya

Kəşfiyyat: KXDR yeni qitələrarası raket istehsal edib

11 Oktyabr 2017 14:11

Şimali Koreyada sentyabrın sonlarında qitələrarası ballistik raketin yeni modelinin hazırlanması prosesi başa çatıb. Bu barədə Yaponiyanın "The Asahi Shimbun" qəzeti ABŞ və Cənubi Koreya mənbələrinə istinadən yazıb.

Kaliforniyada meşə yanğınları səbəbindən ölənlərin sayı 17-yə çatıb

11 Oktyabr 2017 14:09

Kaliforniya ştatının (ABŞ) bəzi şəhərlərində əhali meşə yanğınlarına görə evlərini tərk etməkdədir. Kaliforniyanın müxtəlif dairələrində kütləvi meşə yanğınları azı 17 nəfərin ölümünə səbəb olub. Yanğın təxminən 2 minədək evi və digər tikililəri məhv edib. Hazırda 17 yanğın ocağı söndürülüb. Güclü küləklər yanğının şiddətlənməsinə səbəb olub. Yanğın 115 min akr torpağı əhatə edib, ştatın 20 min sakininin təcili təxliyə edilməsinə səbəb olub.

“İki ABŞ vətəndaşına viza verilib” – Türkiyə XİN-i

11 Oktyabr 2017 14:08

Türkiyə ilə ABŞ arasında vizanın bərpası ilə bağlı bir irəliləyiş olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.  Məlumata görə, “Fənərbaxça”nın qadınlardan ibarət basketbol komandasının bu gün Avro Liqada qarşılaşacağı rəqibi Nadezhdanın iki ABŞ vətəndaşı olan oyunçusuna viza verilib. 

Türkiyənin DİN başçısı: “Son bir ildə 2 min 242 terrorçunu məhv etmişik”

11 Oktyabr 2017 14:05

“Son bir ildə terror qruplaşmalarına qarşı keçirilən 68 min 464 anti-terror əməliyyatı nəticəsində 2 min 242 terrorçu məhv edilib".  Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Erməni deputat: “Makron münaqişənin tənzimlənməsində aktiv iştirak edə bilər”

11 Oktyabr 2017 13:57

Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilər. Məlumata görə, bunu Ermənistanda səfərdə olan Fransa parlamentinin deputatı Daniel Kazaryan deyib.

Serbiyanın xarici işlər naziri Ərdoğan üçün mahnı oxudu

11 Oktyabr 2017 13:39

Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı verilən ziyafətdə türk dilində mahnı oxuyub. Məlumata görə, nazir R.T.Ərdoğanın oturduğu masaya yaxınlaşaraq “Osman Aga” mahnısını oxuyub.

"Rəcəb İvedik 5" filmi haqqında məhkəmə qərarı - "8 milyon..."

11 Oktyabr 2017 13:36

Ötən ay qala gecəsi keçirilən və qısa zamanda 8 milyondan çox tamaşaçının izlədiyi komediya filmi haqqında məhkəmə prosesi tamamlanıb. Baş rolunu Hakan Gökbaharın canlandırdığı "Camaşırxana" film istehsalı şirkəti tərəfindən ərsəyə gətirilən "Rəcəb İvedik 5" komediya filmi ssenaridə Türk millətini alçaldan səhnələr olduğu iddiası ilə şikayət edilmişdi. Ə.Yusif adlı izləyicinin şikayəti nəzərə alınaraq aktyor və çəkiliş heyəti haqqında istintaq başladılmışdı.

Süni sümük yaradıldı

11 Oktyabr 2017 13:35

Tomsk Dövlət Universitetinin (TDU) kimya fakültəsinin alimləri süni sümüyü təbii analoquna yaxınlaşdıran sümük toxumasının əsas mineral komponentinin sintezi metodunu işləyib hazırlayıblar. Alimlər hidroksiapatit adlı sümük toxumasının əsas mineral komponentinə lazımi məsaməliliyi təmin etmək üçün dəniz yosunlarından hazırlanan aqar-aqar bitki əsaslı jelatini əlavə ediblər və nəticədə bu tozun sintezinin yeni üsulu yaradılıb.

Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib

11 Oktyabr 2017 13:11

Atəşkəs rejimini pozarkən Azərbaycan Ordusu tərəfindən məhv edilən 19 yaşlı erməni əsgər Caplin Marqaryan Armavir vilayətindən orduya çağırılıb. Bu gün ölüm xəbəri yayılan təxribatçı əsgər dünən səhər saatlarında yaralanıb.  Ermənistanın Müdafiə Nazirliyi məlumatı hamıdan gizlədib. Məlum olub ki, o, dünənatəşkəs rejimini pozmağa çalışıb. Nəticədə sinə nahiyəsindən güllə yarası alıb. Düşmən əsgəri təcili əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Caplin Marqaryan axşam saat 3 radələrində ölüb. O, 8 ay orduda xidmət edib. 

“Sabah Bakıya çağırsalar, gedəcəm” - Erməni aktyor İŞĞALA QARŞI

11 Oktyabr 2017 13:08

“Əgər sabah məni Bakıya dəvət edəcəklərsə, gedəcəm”. Bu barədə erməni aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib. Onun sözlərinə görə, kimsə gülə, kimsə ağlaya, kimsə nəsə deyə bilər: “Amma mən gedəcəm. Nifrət etmək asandır, amma sevmək çətindir.

Moskva ABŞ Baş konsulluğunu b ağlamağa hazırlaşır

11 Oktyabr 2017 13:05

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana bilər. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko bildirib. Diplomat qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır. “Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini sitat gətirib.

Meksikada cinayətkara rekord cəza – 430 İL HƏBS

11 Oktyabr 2017 12:38

Meksikada 11 cinayətdən təqsirli bilinən şəxsə rekord cəza verilib. Olaylar bildirir ki,  2009-2012-ci illərdə ölkənin şimalında Chihuahua əyalətində 11 qadını öldürməkdə ittiham olunan Pedro Payan Gloria 430 il həbs cəzasına məhkum edilib. Həmçinin Gloria sonradan 15 yaşlı qızları da daxil olmaqla qurbanlarını narkotik maddə ticarəti üçün qətlə yetirib.

Taksi sürücüsündən aktrisaya qarşı dələduzluq

11 Oktyabr 2017 12:25

"İçerde" serialında Celal Babanın həyat yoldaşı obrazını canlandıran aktrisa Gözde Kansu taksi sürücüsünün dələduzluğu ilə qarşılaşıb. Aktrisa mindiyi taksidə sürücünün xəstə uşağının olduğunu və ona dərman ala bilmədiyini dedikdən sonra bank hesabından pul çəkərək ona verib.

“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ

11 Oktyabr 2017 11:52

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror təşkilatının Suriya qolu hesab olunur –red.) terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib.