Dünya
Avropada növbəti müstəqillik qalmaqalı
Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib. Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir. Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.
Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır
Ermənistan parlamentində "hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
Binəli Yıldırım: “ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzulayırıq”
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzuladıqlarını bildirib. Çankaya sarayında valilər toplantısında çıxış edən B. Yıldırım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini söyləyib. O, bölgədə və dünyada gərginliklərin artdığı bir dönəmdə Türkiyənin soyuqqanlı hərəkət edəcəyini vurğulayıb.
Rusiyalı mühəndis 100 İL ZƏMANƏTLİ yolsuzluq avtomobili düzəltdi
Alman şirkəti olan “Partisan” kifayət qədər qəribə “One” adlı yolsuzluq avtomobili təqdim edib. Avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış “Partisan One” həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub. Bildirilir ki, hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub. Gələcəkdə avtomobilin həm də elektromotorlu hibrid variantının da buraxılması nəzərdə tutulur.
ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA
Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
Putin: "MDB-nin effektivliyini artırmalıyıq"
"Bu gün keçirilən sammitin gündəliyi olduqca zəngindir. Biz gələcəkdə MDB çərçivəsində əməkdaşlığın möhkəmlənməsini qeyd edəcəyik. Təşkilatın və onun strukturlarının effektivliyini artırılması barədə fikir mübadiləsi aparacağıq". Məlumata görə, bunu MDB dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.
Türk ordusu 7 kəndi azad etdi – İdlibdə ilk QƏLƏBƏ
İdlibin 7 kəndi türk ordusunun nəzarətinə keçib. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyat nəticəsində 20 kilometrlik ərazi və 7 kənd nəzarətə götürülüb. Təmzilənən ərazilərdə 30-dan çox post yaradılıb. Məlumata görə, təxribat hücumları olsa da, əməliyyat plana uyğun davam edir. Mənbələr növbəti hədəfin İzzət təpəsi olduğunu deyirlər.
Lotereya bileti oğurladı - 10 min avro uddu
İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub. Məlumata görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb. Onlardan birində 10 min avro məbləğində uduş çıxıb. Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb.
Məşhur müğənni konsertinə gedə bilmir
Türkiyə ilə ABŞ arasındakı viza probleminin yaranması bir çox insanların səfərlərini təxirə saldı. Olaylar bildirir ki, məşhur Türk müğənnisi Çelik oktyabrın 29 – da Amerikada konserti olacaqdı. Lakin viza ala bilməyən müğənnin konserti təxirə salındı.
Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət
İspaniya hökuməti Kataloniya rəhbərliyinə muxtar vilayətin müstəqillik elan edib-etməməsi barədə sual ünvanlayıb. Mariano Rahoy “Hökumət Kataloniya rəhbərliyindən müstəqilliyi elan edib-etməmələrinə dair izahat tələb edib”, - deyə bəyan edib. O, qeyd edib ki, bu tələb ölkə Konstitusiyasının 155-ci maddəsini işə salmaq üçün lazımdır: “Bununla da biz vətəndaşlara əminlik vermək istəyirik. Vilayət rəhbərliyinin cavabı yaxın günlərdə hökumətin hansı addımlar atacağını müəyyənləşdirəcək”.
Diktator amerikalıların vəhşiliklərini əks etdirən təşviqat-plakatları yayır
Qərb mətbuatında Şimali Koreya haqda tez-tez xarici dünyadan tamamilə təcrid edilmiş və qorxunun mənbəyi olan ölkə kimi yazırlar. Bunun bariz nümunəsi kimi orada zaman-zaman ortaya atılan təşviqat plakatlarını da göstərmək olar.
Mixail Qorbaçov: “Rusiyanın özündə xeyli “Kataloniya” var”
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov bildirib ki, Rusiyanın özündə xeyli "Kataloniya" var və əvvəlcə bunlardan baş çıxarmaq lazımdır. Bu barədə siyasətçi İspaniyadakı hadisələrlə SSRİ-də baş verənlə arasında paralellərin olub-olmaması barədə jurnalistin sualını cavablandırarkən deyib.
SOS! Rusiyada dabaq xəstəliyi qeydə alınıb
Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb. Məlumata görə, xəstəlik bölgənin bir neçə kəndində yayılıb. İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.
Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...
Sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş verdi.
Türkiyədə "Akkuyu" AES-in tikintisi bu ilin sonunda başlayacaq
Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi bu ilin sonunda başlayacaq. Məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.














