Dünya
Britaniyada “ağıllı” piyada keçidinin sınağı keçirilib
İngiltərənin “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidi yaradıb. “Direct Line” mühəndislərinin hazırladığı texnologiya yollarda təhlükəsizliyi artıra biləcək texnoloji qurğu hesab olunur. “Ağıllı” keçid piyadanı aşkarlayaraq sürücünü təhlükə barədə xəbərdar edə bilən bir neçə sensordan ibarətdir. Bundan əlavə, keçid əks istiqamətdə işləyərək piyadalara yaxınlaşan nəqliyyat vasitələri barədə məlumat verir.
Qlobal fərdi kompüter bazarının həcmi artıq 3 il ardıcıl azalır
“Gartner” analitik şirkətinin 2017-ci ilin üçüncü rübü üzrə ilkin məlumatlarına əsasən, demək olar ki, qlobal kompüter sektorunda artıq üç il ardıcıl azalma qeydə alınır. Bu dövrdə dünyada təxminən 67 milyon masaüstü və noutbuk istehsal edilib ki, bu da ötən illə müqayisədə 3,6% azdır.
“Samsung Galaxy S9” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək
“Samsung” şirkəti buraxılacaq qabaqcıl “Galaxy S9” və “S9+” modelləri üçün “Qualcomm Snapdragon 845” prosessorlarının alışını həyata keçirib.
Virtual yol-nəqliyyat hadisələri üçün “Ford” proqramı istifadəyə verilib
“Ford” avtomobil konserni virtual reallıqda sürücünün avtomobilin hərəkəti zamanı diqqətinin yayındırılmasının potensial nəticələrini göstərən “Ford Reality Check” (“Praktikada yoxla”) əlavəsini istifadəyə verib.
Dubay aeroportunda uçan sərnişinlərin sifətinin tanınması sistemi tətbiq ediləcək
Dubay Beynəlxalq aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində uçan sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır. Sərnişinlər bir növ akvariumu xatırladan dəhlizin içərisindən keçməli olacaqlar. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq.
“Skype” xidmətində süni intellekt elementləri tətbiq edilib
“Microsoft” şirkəti “Skype” xidmətinə “Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir. “Cortana” səs köməkçisi “Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edəcək, həmçinin daxil olan mesajları təhlil edərək cavab variantları təklif edir.
Heyvanlar nə üçün intihar edir? - MARAQLIDIR
Bir çox alimlər inanır ki, yalnız insanlar öz həyatlarına son qoya bilər. Amma müşahidələr intellektual rüşeymləri olan bəzi heyvanların da intihara əl atdığını göstərir.
"Məni zorlamaq istədi" - Colidən illər sonra etiraf
Dünya şöhrətli prodüser Harvi Vaynşteyn əleyhinə zorlama iddiaları getdikcə artır. Belə iddia ilə çıxış edənlərdən biri də Hollivud ulduzu Ancelina Coli olub. O, Vaynşteynin ona təcavüz etmək istədiyini deyib: “23 yaşım var idi. Mənim də Harvi ilə bağlı pis xatirələrim var. 1998-ci ildə otel otağında məni zorlamaq istədi.
Mustafa Ceceli 5 minə filippinli dayə tutdu
Müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib. İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb. O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.
Gürcüstana külli miqdarda siqaret keçirmək istəyən Ermənistan vətəndaşları saxlanılıb
Ermənistandan Gürcüstana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret keçirmək istəyən şəxslər saxlanılıb. Məlumata görə, Sadaxlı gömrük-keçid məntəqəsində iki nəfər Ermənistan vətəndaşından ümumilikdə 8200 ədəd siqaret aşkar olunaraq müsadirə edilib. Saxlanılan şəxslərin hər biri min lari məbləğində cərimə olunub.
“Özünə 10 dəqiqə ayırmağa vaxtın yoxdursa, deməli...”
Amerikalı yazıçı, özünü inkişaf etdirmək mövzusuyla məşğul olan orator-motivator (ilhamverici natiq), eləcə də layf-kouçinqu üzrə bestsellerlərin müəllifi hesab edir ki, hər kəs səhər 10 dəqiqə meditasiya ilə məşğul olmalıdır.
Dəməşq yenə "partladı" - Ölən və yaralananlar var
Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib. Polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib.
Erməni əsgərin əlində qumbara partladı
Ermənistan ordusunun əsgəri qumbara partlaması nəticəsində yaralanıb. Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımının partlaması nəticəsində xəsarət alıb.
İŞİD-in Türkiyədə terror törətməməsinin səbəbini ABŞ səfiri AÇIQLADI
ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib.
Həkimlər Las-Veqas terrorçusunun beynini açdılar
Amerika həkimləri Las-Veqasda musiqi festivalında qətliam təşkil etmiş Stiven Peddokun beynini açıblar. Bu haqda “The New York Post” nəşri yazıb. Xəbərə görə, silahlının qardaşının sözləri həkimlərdə maraq oyadıb. O qardaşının başında şiş olduğunu deyib. Lakin həkimlər heç nə aşkar etməyiblər.














