Arakanlı müsəlmanları daşıyan qayıq batdı: Ölənlərdən 12-si uşaqdı
Myanmadakı şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarının qayığı batıb. Hadisə nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər həlak olub, 13 nəfər xilas edilib.
9 Oktyabr 2017 16:54 DünyaMyanmadakı şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarının qayığı batıb. Hadisə nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər həlak olub, 13 nəfər xilas edilib.

Gecə saatlarında baş verən hadisə barədə Beynəlxalq Köç Təşkilatı (IOM) sosial şəbəkə hesabında məlumat yayıb. Polis qayıqda 35 nəfərin olduğunu və itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib. Lakin mediada yayımlanan xəbərlərdə bu rəqəm 60-100 arasında göstərilib.

Qeyd edək ki, Myanmada Arakan müsəlmanlarına qarşı başladılan etnik təmizləmə səbəbilə Banqladeşə qaçan müsəlmanların sayı 519 minə çatıb. Publika.az