Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı

Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib. Məlumata görə, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb. Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib. Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib.

Qeyd edək ki, Rusiyada anonim zənglər "dalğası" sentyabrın 11-dən başlayıb. Bugünədək 2 mindən çox obyektdən 960 mindən çox adam təxliyə olunub. Bu zənglərdən heç biri öz təsdiqini tapmayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31