Dünya

“Türkiyənin sərhədlərində təhlükə, təhdid var

9 Oktyabr 2017 12:40

“İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına Qərb dəstək verir. Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə laqeyd yanaşa bilməz”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız İdlibə getdilər. Biz də İdlibdə sülhü, atəşkəsi təmin etməliyik. Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik”. 

TANAP-ın tikintisi zamanı qədim məzarlar tapılıb, tikinti işləri dayandırılıb

9 Oktyabr 2017 12:31

Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb.  “Anadolu” agentliyi xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb. Tapıntılar Kütahya müzeyinə təhvil verilib.

Yerevanın mərkəzi yandı - Ölən və yaralanan var

9 Oktyabr 2017 12:14

Yerevanın mərkəzində yaşayış evində güclü yanğın baş verib. Məlumata görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar. Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb. Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.

“Mehmetcik”dən 4 MƏRHƏLƏLİ ƏMƏLİYYAT: Əsas hədəf ORADIR

9 Oktyabr 2017 12:05

Türkiyə “Fərat Qalxanı” hərəkatından sonra Suriyada ikinci əməliyyata başladı.  Türkiyə ordusu hazırda “Tahrir el-Şam” terror qruplaşması ilə birbaşa döyüşlərdə iştirak etmir. Türkiyə ordusu “Fırtına” haubitsaları ilə Azad Suriya Ordusuna dəstək verir. Hərbi mənbələr ordunun istənilən an İdlibə girəcək şəkildə hazır olduğunu bildirirlər.

Türkiyəli modelyerdən aktrisaya qarşı böyük TƏRBİYƏSİZLİK

9 Oktyabr 2017 11:45

Modelyer Nur Yerlitaş tanınmış aktrisa Özge Özpirinçciyə qarşı böyük tərbiyəsizlik edib. Nur Yerlitaş məşhur ticarət mərkəzində lüks mağazaların birində alış-veriş edib. O, mağazada bir neçə geyim seçərək VİP müştərilərə özəl kabinə keçmək istəyib. Lakin işçilər modelyerə kabində Özge Özpirinçcinin olduğunu və aktrisanın ondan əvvəl gəldiyini bildirib.

Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ

9 Oktyabr 2017 11:44

Yür kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.  Oktyabrın 12-də TS4 asteroidi planetimizlə toqquşarsa, qlobal faciə baş verə bilər. “12 oktyabr 2017-ci il Yer kürəsi böyük kosmik cisimlə toqquşacaq və tamamilə məhv olacaq. Toqquşma faktı artıq aşkardır, ancaq təlaşın yaranmaması üçün onu ictimaiyyətdən gizlədirlər. Dünya elitası artıq özlərinə çoxdan bunkerlər tikməyə başlayıb”, - astrofizik, ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Devid Mid bildirib.

Ər-arvadı qətlə yetirən şəxs özünü asdı - 3 məktubu tapıldı - VİDEO

9 Oktyabr 2017 11:34

Antalyanın Finike qəsəbəsində daş karxanalarına qarşı etirazları ilə tanınan və dağ evlərində qətlə yetirilən Ali Ulvi (61) və Aysin Büyüknohutçu cütlüyünün 31 yaşlı qatili Ali Yamuç həbsxanada özünü öldürüb.

Türk əsgəri sərhədi keçdi — Kəşfiyyatçılar Şeyx Bərəkət dağında

9 Oktyabr 2017 11:05

Türk əsgəri sərhəd xəttini keçib. Kəşfiyyat bölüyü YPG qruplaşmasının nəzarəti altında olan Afrini rahat müşahidə edə bilən təpəyə qədər çıxıb. Şeyx Bərəkət dağında baş verən görüşdə Afrin sərhədinin təhvil verilməsi müzakirə edilib. Bundan başqa Cilvegözünün qarşısındakı bölgədə türk ordusuna məxsus PUA-lar uçuşur.

Bu hərəkətlər III Dünya müharibəsinə gətirib çıxaracaq – ŞOK XƏBƏRDARLIQ

9 Oktyabr 2017 11:00

ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib. Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır.

Bu gün AŞPA-ya yeni sədr seçiləcək

9 Oktyabr 2017 09:42

Bu gün Strasburqda Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri seçiləcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. Yeni sədr AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Pedro Aqramuntun istefasından sonra AŞPA sədri postuna iki nəfərin namizədliyi irəli sürülüb. Bunlar Avropa Xalq Partiyasının üzvləri, litvalı Emanuelis Zinqeris və Kipr təmsilçisi Stella Kiriakidesdir.

Rusiya: ABŞ Ərdoğanı aradan götürmək üçün... - SENSASİYALI İDDİA

9 Oktyabr 2017 09:41

ABŞ Türkiyənin müstəqil siyasət yürütməyindən narahatdır. Bu sözləri Rusiya parlamentinin nümayəndəsi Yenvegi Tarlo deyib. Rusiya telekanallarından birinə qatılan Tarlo bildirib ki, buna görə də ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı aradan götürmək üçün əlindən gələn hər şeyi edəcək:

ABŞ- dan  Türkiyə növbəti ...

8 Oktyabr 2017 23:55

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

İsveçrədə  HƏYƏCAN

8 Oktyabr 2017 23:46

İsveçrədə partlayış təhlükəsi ilə əlaqədar mərkəzi vağzalda insanlar təxliyyə olunub. Hadisə Lozanna şəhərinin mərkəzi vağzalında baş verib. Hadisəyə səbəb vağzalın mərkəzi hissəsində şübhəli əşyanın tapılması olub. Dayanacaqdakı qatar və avtomobillərin hərəkəti, eləcə də metronun gediş-gəlişi dayandırılıb.

Vertolyotlar  toqquşdu

8 Oktyabr 2017 22:40