Dünya
Türkiyənin təhsil naziri avtomobil qəzasına uğradı
Türkiyənin təhsil naziri İsmət Yılmazın avtomobil karvanı qəzaya uğrayıb. Məlumata görə, qəza ölkənin Sivas vilayətində baş verib. Məlumata görə, hadisə nəticəsində yaralanan olmasa da, nazirin karvanındakı bəzi avtomobillər yararsız hala düşüb.
Okeanda itkin düşən iki qadın 5 ay sonra TAPILDI
Yaz ayında okeana yelkən açan iki dənizçi qadın itkin düşmüşdü. Yanlarında itləri də olan qadınlar may ayından bu yana Sakit Okeandan siqnal göndərirdilər. Təsadüfən Tayvanın balıqçı gəmisi siqnalı tutub və ABŞ donanması qadınları xilas edib.
Narkotik maddədən ətir hazırlandı
İlk dəfə 2004-cü ildə Endrü Qets və Mettü Mallin tərəfindən bazara çıxarılan məşhur (Malin + Goetz) brendi yeni ətir kolleksiyası ilə dünya mediasını bir-birinə qatıb. Hazırlanan tualet suyundan olan ətirlərin tərkibində 15%-dən daha az yağ olduğu üçün onların qoxusu 3 saatdan artıq qalmır. Məhz bu səbəbdən ətriyyat-kosmetik markası Cannabis ("Marixuana") adı altında kişi və qadınlar üçün yeni tualet suyu kolleksiyası hazırlayıb. Ətirləri fərqləndirən isə tərkibinə qatılan qeyri-adi maddələrdir.
Afrikada xalq məhkəməsi
Cənubi Afrika respublikasının Durban şəhərində dəhşətli hadisə qeydə alınıb. Yerli sakinlərdən biri 6 yaşlı qız uşağını zorlayıb. Yerli sakinlər təcavüz edən şəxsi iş başında tutaraq daş-qalaq ediblər. Nəticədə həmin şəxs ölüb.
“Makdonalds” adını dəyişdi
ABŞ-ın məşhur fastfud restoranlar şəbəkəsi “Makdonalds” Çində adını dəyişib. Məlumata görə, “Makdonalds” bu ölkədə “Jingongmen” (Qızıl tağlar) adlanacaq. Bu vaxta qədər isə restoran Çində “Maydanlao” adlanırdı. Qeyd olunur ki, bu ad “Makdonalds” sözünün Çin dilində transkripsiyası idi və həmin dildə heç bir məna ifadə etmirdi.
Erməni tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək
Ermənistan parlamenti hərbi xidmətdən möhlət hüququnu ləğv edib. “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda Qanun” layihəni müdafiə naziri Viqen Sarkisyan təqdim edib. 89 deputat qanunu leyhinə səs veriblər. Qanuna əsasən, erməni tələbələrinin möhlət hüququ ləğv edilir.
"Hürrəm Sultan" tablosu SATILDI
18-ci əsrə aid olan Hürrəm Sultan tablosu satıldı. Olaylar bildirir ki, tablo 7 min 500 sterlinqə satılıb. Rəsm əsərinin satışı Londonda İslam sənət əsərlərinin yer aldığı mərkəzdə reallaşıb.
Daha irsi xəstəliklər olmayacaq: Genetika ilə bağlı İNANILMAZ KƏŞF
Bərzaninin istefa iclası niyə baş tutmadı? – Şok açıqlama
İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani istefaya getməyə hazır idi, amma ABŞ-ın təyziqi ilə bunu etmədi. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr söyləyib.
Moldova məşhur rus ekspertini ölkəyə buraxmadı
Moldova Sərhəd Xidməti rusiyalı məşhur siyasi ekspert Mixail Delyagini ölkəyə buraxmayıb. Delyagin Moldovadan dünən gecə Moskvaya geri göndərilib. Sərhəd Xidməti Delyaginin arzuolunmaz şəxs elan edildiyinə görə ölkəyə girişinin qadağan olunduğunu bildirib.
İŞİD-çilər Avropadan aylıq sosial təminat alırmış
Fransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib. Fransada və digər Avropa ölkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildən 2016-cı ilə qədər terrorçular qeyri-qanuni olaraq öz ölkələrindən 2 milyon avrodan çox sosial müavinət alıblar.
Kataloniya bu gün yekun qərar verəcək
İspaniyanın Kataloniya muxtar vilayəti rəhbərliyinin bu gün müstəqillik elan edib-etməyəcəyi məlum olacaq. Məlumata görə, Kataloniya parlamenti bugünkü iclasda məsələ ilə bağlı qərar verəcək.
Suriyada çəkilən görüntülər dəhşətə gətirir
İtaliyada nəqliyyatın işi iflic oldu - Tətil dalğası
İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib. Məlumata görə, elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb.
Müşavir: “Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır”
“Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri yüksək səviyyədədir”. Bunu Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib. O, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsildığını qeyd edib: “Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”.














