Bərzaninin istefa iclası niyə baş tutmadı? – Şok açıqlama

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani istefaya getməyə hazır idi, amma ABŞ-ın təyziqi ilə bunu etmədi. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr söyləyib.

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani istefaya getməyə hazır idi, amma ABŞ-ın təyziqi ilə bunu etmədi. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr söyləyib.

"Onun istefa ilə bağlı niyyəti ciddi idi. Mənim orada işləyən qohumlarım artıq işdən çıxacaqları ilə əlaqədar olaraq öz əşyalarını hazırlamışdılar. O, hakimiyyəti baş nazir və hökumətə verməli idi. Amerikalılar ona getməyə izn vermədilər. Əgər o getsəydi, xaos olacaqdı", - deyə o bildirib.

Qeyd edək ki, Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir rəsmi açıqlamasında 26 oktyabrda parlamentdə müzakirələr aparılacağı və Bərzaninin istefasının qəbul ediləcəyi, onun səlahiyyətlərinin yeni seçkilərə qədər - 8 ay müddətində parlament və Nazirlər Kabineti arasında bölünəcəyini bildirmişdi. Bildirilirdi ki, Məsud Bərzaninin səlahiyyət müddəti 2013-cü ildə başa çatıb və iki dəfə uzadılıb: parlament və məhkəmə tərəfindən. Bir qədər əvvəl isə Məsud Bərzani növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Ancaq ötən günə nəzərdə tutulan iclas keçirilmədi.  Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31