Erməni tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək
Ermənistan parlamenti hərbi xidmətdən möhlət hüququnu ləğv edib. “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda Qanun” layihəni müdafiə naziri Viqen Sarkisyan təqdim edib. 89 deputat qanunu leyhinə səs veriblər. Qanuna əsasən, erməni tələbələrinin möhlət hüququ ləğv edilir.
27 Oktyabr 2017 14:02 DünyaErmənistan parlamenti hərbi xidmətdən möhlət hüququnu ləğv edib. "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda Qanun" layihəni müdafiə naziri Viqen Sarkisyan təqdim edib. 89 deputat qanunu leyhinə səs veriblər. Qanuna əsasən, erməni tələbələrinin möhlət hüququ ləğv edilir. Qanun müəllifləri Müdafiə Nazirliyi ilə xüsusi müqavilə imzalayaraq gələcəkdə orduda zabit kimi 2 il xidmət keçəcək tələbələrə hərbi xidmətdən möhlət hüqunun veriləcəyini bildirib. Qərar erməni tələbələrinin etiraz aksiyası ilə müşaiyət olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.