Okeanda itkin düşən iki qadın 5 ay sonra TAPILDI
Yaz ayında okeana yelkən açan iki dənizçi qadın itkin düşmüşdü. Yanlarında itləri də olan qadınlar may ayından bu yana Sakit Okeandan siqnal göndərirdilər. Təsadüfən Tayvanın balıqçı gəmisi siqnalı tutub və ABŞ donanması qadınları xilas edib.
27 Oktyabr 2017 14:27 DünyaYaz ayında okeana yelkən açan iki dənizçi qadın itkin düşmüşdü. Yanlarında itləri də olan qadınlar may ayından bu yana Sakit Okeandan siqnal göndərirdilər. Təsadüfən Tayvanın balıqçı gəmisi siqnalı tutub və ABŞ donanması qadınları xilas edib.
Cennifer Appel və Taş Fuiaba adlı iki qadın Havaydan Tahitiyə doğru 3 min 200 kilometrlik səfər üçün yaz aylarında yola çıxıblar. Amma qayığın mühərriki may ayında baş verən fırtınadan sonra xarab olub. Qadınlar yola yelkənlə davam etmək qərarına gəlsələr də, işləri qaydasına qoya bilməyiblər.
Tahitiyə 2 aya çatmağı planlaşdıran qadınlar müddət başa çatdığı üçün kömək siqnalı göndəriblər. Amma ən yaxın quru torpaq yardım çağırışı siqnalı qəbul edəcək uzaqlıqda deyildi. Bir dəniz vasitəsinin siqnalı qəbul etməsi aylar sonra baş verib. Tayvan balıqçı gəmisi tərəfindən qəbul edilən siqnaldan sonra qadınlar Yaponiyanın cənub-qərbindən 900 km məsafədə açıq okeanda tapılıb. Qadınların 5 ay sağ qalmalarının səbəbi özləri ilə 1 illik azuqə ehtiyatı götürmələri və duzlu suyu şirin suya çevirən aparat olub. Ölkə.az