Dünya
Tramp məcbur qaldı - Kennedi sui-qəsdinin sənədləri yayımlandı
ABŞ prezidenti Donald Tramp 1963-cü ildə öldürülən keçmiş prezident Con Kennedinin sui-qəsdi ilə bağlı arxiv sənədlərinin açılmasına icazə verib. Prezidentin cinayət işinə aid 35 000 gizli sənəddən 2800-ü yayımlanıb. Cinayətin detalları ilə bağlı sənədlərin dövlət tərəfindən bilərək gizli saxlanıldığı ehtimal edilirdi. Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu başda olmaqla, bir çox dövlət qurumu istintaq ilə bağlı olan sənədlərin yayımlanmasını əngəlləmək üçün son ana qədər lobbiçilik edirdi.
Medvedev Ermənistandan narazı qayıtdı
Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Ermənistana gələn Rusiya nümayəndə heyəti İrəvandan narazı qayıdıb. İclasda mal dövriyyəsi sahəsində mövcüd vəziyyəti göstərən erməni baş nazir Karen Karapetyan və Rusiyanın baş naziri Dmitri Medvedevin statistik rəqəmləri arasında fərq açıq-aşkar hiss edilib.
Fransada tanınmış qapıçı həbs edilib
Fransanın “Lans” klubunun qapıçısı Nikolas Douçez həbs olunub. O, sevgilisini döydüyünə görə tutulub. “Lans” klubu isə mətbuatda çıxan iddiaları diqqətlə izlədiklərini açıqlayıb. Mövzu ilə bağlı şərh vermək istəmədiklərini bildiriblər.
Putin təlimdə - 4 ballistik raketin buraxılışı həyata keçirildi
Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvəsinin idarə edilməsi üzrə təlimdə iştirak edib. Təlimdə Topol adlı mərmi minlərlə kilometr məsafədəki Kamçatka yarımadasındakı hədəf götürüb. Bir neçə dəfə təıxirə düşən təlimdə 4 ballistik raketin buraxılışı həyata keçirilib.
Alimlər üç ölçülü canlı beyin hüceyrə modeli yaradıblar
Amerikalı elm adamları kompüter mühitində üç ölçülü canlı beyin hüceyrə modelini yaradıblar. Allen İnstitutunun məlumatına görə, yaradılan hüceyrə modeli altsheymer və epilepsiya xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayacaq. Araşdırma zamanı 36 nəfərdən götürülən 300 beyin hüceyrəsinin 100-nün neyronlarının quruluşu, anatomiyası və hərəkəti üç ölçülü olaraq ortaya çıxıb. Bunun nəticəsində hüceyrə modeli yaradılaraq institutun nevrologiya bölməsinə göndərilib.
5 yaşında itən qızın 11 il sonrakı halı - Onu izləyən ağ avtomobil kimə aid olub? - VİDEO
Türkiyənin Tv8 ekranlarından yayımlanan "Gerçeğin Peşinde" verlişi maraqlı bir sınaq həyata keçirib.
ABŞ məxfi siyahı hazırladı: Rusiyaya növbəti sanksiya
Trampa SƏRT REAKSİYA: “Bişəcəyik, qızaracağıq, yanacağıq”
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristinan Laqarde qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı sərt açıqlama verib. O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən iqtisadi forumda çıxış edib: “Ətraf aləmin problemlərini həl etməsək, önümüzdəki 50 ildə bizi qaranlıq bir gələcək gözləyir.
Eyfel qülləsi idman meydançasına çevrilir
Parisin əsas simvollarından biri hesab olunan tarixi Eyfel qülləsində qolf meydançası yaradılacaq. Təxminən 57 metr yüksəlikdə yaradılacaq qolf meydançasının layihəsi Fransanın İdman Federasiyası tərəfindən irəli sürülüb. Layihə çərçivəsində Avropa və ABŞ-dan olan ən peşəkar komandalar (qolfçular) arasında turnirlər keçiriləcək. Eyfel qülləsində qolf oynamaq noyabrın 5-dək mümkün olacaq.
ABŞ ETİRAF etdi: “Peşmərgə dostumuzdur”
ABŞ xarici işlər naziri Reks Tillerson İraqın baş naziri Heydər əl-İbadiyə müaricət edib. R.Tillerson İraqı İranın təsirinə qarşı dirənməyə və öz ayaqları üzərində durmağa çağırıb. O, bu barədə İsveçrənin Cenevrə şəhərində qatıldığı bir tədbirdə çıxış edib: “Şimali İraqda keçən ay ortaya çıxan gərginlik bizi çox qayğılandırdı. ABŞ Bağdad və Kürd Muxtariyyəti bölgəsindəki dostlarımız da daxil, bütün iraqlıların dostudur. Son gərginliklə bağlı olaraq tərəflərin hələ də sülhpərvər bir həll yoluna çıxmamasından dolayı üzgünük”.
PKK-ya böyük zərbə: ABŞ-ın silah yardımı yolu bağlandı
İraq ordusu Ərbil-Haseki xəttindəki Yarubiyə sərhəd qapısını nəzarəti altına alıb. Bu sərhəd qapısı PKK terror təşkilatı üçün olduqca əhəmiyyətli idi. Çünki ABŞ 2014-cü il sentyabr ayından etibarən təşkilata məhz bu yolla silah-sursat və zirehli avtomobillər göndərirdi.
4,6 bal gücündə zəlzələ
İslandiyada 4,6 bal gücündə zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Reykyavikdən 207 kilometr şərqdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
Qazaxıstan prezidenti latın qrafikasına keçid haqqında fərman imzaladı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb. Fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.
Ən çirkli şəhərlərin REYTİNQİ
«Frankfurter Rundschau» dünyanın ən çirkləndirilmiş şəhərlərinin reytinqini tətbiq edib. Şəhərlərin bəzilərində respirator taxmaq, bəzilərində toz yağışlarından, bəzilərində həddən artıq çox avtomobilin ətraf mühitə vurduğu zərərli təsirlərdən qorunmaq lazım olur. Bakıda da ekoloji vəziyyət ürəkaçan deyil: şəhər karbohidrogenin yüksək konsentrasiyasından əziyyət çəkir.














.jpg)