ABŞ məxfi siyahı hazırladı: Rusiyaya növbəti sanksiya
27 Oktyabr 2017 11:32 DünyaABŞ dövlət katibi Reks Tillerson sanksiyaların tətbiq ediləcəyi Rusiya kəşfiyyatı və müdafiə-sənaye kompleksinə bağlı şəxslərin siyahısını təsdiq edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib. Onun sözlərinə görə, Dövlət Departamenti bu siyahını Konqresə təqdim edəcək.
Noyert siyahıya salınacaq şəxslərin adlarının hələlik gizli saxlanıldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31