Dünya

Yeznəsinə aşiq olan qız bacısına 68 bıçaq vurdu 

27 Oktyabr 2017 07:43

İngiltərədə yaşayan pakistanlı ailədə ağlasığmaz cinayət hadisəsi baş verib. Bacısının əri Hafiz Rəhmanla dörd ildir gizli sevgi həyatı yaşayan 27 yaşlı Sabah Xan münasibətlərini rəsmiləşdirmək üçün cinayətə əl atıb. O, 34 yaşlı bacısına 68 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Ermənistanın baş naziri kriminal avtoritetlərlə “blok” yaradır

26 Oktyabr 2017 23:23

Ermənistanın baş naziri Karen Karapetyan öz əlaltısı don Piponun köməyi ilə kriminal avtoritetləri səfərbər edir. Bu barədə "Jamanak" qəzeti yazıb. "Baş nazir Karen Karapetyan 2018-ci ildə öz siyasi proqramlarını həyata keçirmək üçün erməni mənşəli Rusiya sahibkarlarını-kriminal avtoritetləri səfərbər etməyə cəhdlər göstərir. Kifayət qədər etibarlı mənbələrdən məlum olub ki, Ermənistan baş nazirinin maraqlarının müdafiəsi kimi "müqəddəs işi" Ruben Tatuyan (Robson) və Artur Asatryan (don Pipo) kimi məşhur kriminal avtoritetlər öz üzərlərinə götürüblər", - deyə nəşr vurğulayıb.

Parklanma pulsuz olacaq

26 Oktyabr 2017 20:14

Yaraşığı və geyimi ilə instaqramın ULDUZUNA ÇEVRİLƏN TBİLİSİ MERİ

26 Oktyabr 2017 20:12

Xəbər verdiyimiz kimi, Kaxa Kaladze 22 oktyabrda Tibilisinin yeni meri seçilib. O, yarışığı və geyim stili sayəsində instaqranmın əsas ulduzuna çevrilib. Gürcüstan baş nazirinin müavini, keçmiş energetika naziri və vaxtı ilə “Milan” klubunun müdafiəçisi olan Kaxa Kaladze təkcə öz ölkəsinin deyil, dünyanın ən zövqlü siyasətçisi seçilib. Dəb tənqidçiləri güman edir ki, merin keçmiş futbolçu karyerası onun həm həyatında, həm də stilinin dəyişməsində əhəmiyyətli rolu oynayıb. Əbəs yerə deyil ki, K.Kaladze keçən il “GQ” jurnalının keçirdiyi sorğuda 50 ən dəbli siyasətçi siyahısına daxil edilib.

2017-ci ilin 5 ən yaxşı smartfonu bəlli olub

26 Oktyabr 2017 20:05

Hər il mütəxəssislər ən qabaqcıl smartfonların reytinqini tərtib edirlər. 2017-ci il də istisna deyil, ekspertlər 5 ən yaxşı smartfonun adını açıqlayıblar.

Türkiyənin 17 ölkədəki səfiri geri çağırıldı

26 Oktyabr 2017 20:03

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. Bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazrliyinin sərəncamına götürülüb. Geri çağırılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

“Android” sistemi üçün ən pis antivirus məlum olub

26 Oktyabr 2017 19:55

“AV-Test” laboratoriyasının mütəxəssisləri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün 20 antivirus həllinin effektivliyini sınaqdan keçirərək “Google Play Protect” antivirusunun qurğuları zərərli proqram təminatından hamıdan pis mühafizə etməsi qənaətinə gəliblər.

“Facebook” külək elektrostansiyası tikəcək

26 Oktyabr 2017 19:50

“Facebook” şirkəti Nebraska ştatında yerləşən yeni məlumat emalı mərkəzini enerji ilə təmin edəcək külək elektrostansiyası inşa etmək niyyətindədir.

Yeni texnologiya evə gətirilən məhsulu qəbul edəcək

26 Oktyabr 2017 19:40

ABŞ-ın “Amazon” şirkəti növbəti dəfə internet alış-verişi sahəsində inqilab edərək ev sahibi evdə olmayanda gətirilən məhsulun qəbuluna imkan verən texnologiya təqdim edib. “Amazon Key” adlanan yeni texnologiyanın noyabrın 8-dən etibarən ABŞ-ın 38 şəhərində istifadəyə verilməsi nəzərdə tutulur.

“Kinect” kontrollerinin istehsalı dayandırılıb

26 Oktyabr 2017 19:26

“Microsoft” korporasiyası kontaktsız simsiz “Kinect” kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib. Əvvəlcə “Xbox 360” oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan “Kinect” 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır. 

Yeni texnologiya eyni anda bir neçə səsi ayırd edə bilir

26 Oktyabr 2017 19:21

Səsli interfeysə malik qurğular mikrofonun eşitmə zonasında bir nəfər danışarkən düzgün işləyir. İkinci şəxsin danışığı da birinciyə qarışdıqda tanıma sistemində problemlər yaşanır. "Mitsubishi" şirkətinin Kembric laboratoriyasında bu problemin həllini tapıblar. Bu həftə Tokioda keçirilmiş "Combined Exhibition of Advanced Technologies" texnologiya şousunda eyni anda danışan 2-dən 5-dək insanın danışığını tanımağa imkan verən texnologiya təqdim olunub.

"İntel" süni intellekt sistemləri üçün ilk prosessorunu təqdim edib

26 Oktyabr 2017 19:11

Məlum olduğu kimi, süni intellektin işləməsinə böyük hesablama gücü tələb olunur. İndi elektron komponentlər qismində çox vaxt ən adi komponentlərdən ("IBM Watson" kimi güclü sistemlər istisnadır) istifadə olunur. İndiyədək hazırlanmış prosessorlar neyron şəbəkələri ilə işləmək üçün nəzərdə tutulmamışdı. Buna görə şirkətin rəhbərliyi məhz süni intellekt sistemləri ilə işləmək üçün nəzərdə tutulmuş prosessor hazırlamağa dair qərar verib.

Emrah karyerasını bitirib xaricə köçür

26 Oktyabr 2017 18:51

ATV-də yayaımlanan "Aşk və Mavi"də çəkilən müğənni-aktyor Emrah serial bitdikdən sonra ölkəsini tərk edəcək. Bu barədə köşə yazarı Mustafa Doğan deyib: "36 ildir çalışır. 50 yaşı var.

Qasırğa almaları sovurdu

26 Oktyabr 2017 18:47

Şimali İrlandiyanı vurmuş "Ofeliya" qasırğası Tppereri qraflığındakı Klonmeldə alma bağlarını məhsulsuz qoyub.