“Kinect” kontrollerinin istehsalı dayandırılıb

“Microsoft” korporasiyası kontaktsız simsiz “Kinect” kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib. Əvvəlcə “Xbox 360” oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan “Kinect” 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır. 

"Microsoft" korporasiyası kontaktsız simsiz "Kinect" kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib. Əvvəlcə "Xbox 360" oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan "Kinect" 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır. İstehsal dayandırıldıqdan sonra qurğunun pərakəndə satış nöqtələrində anbar ehtiyatları tükəndikcə tədricən satışdan çıxarılacağı gözlənilir. Korporasiyanın "Kinect" kontrollerinə texniki dəstək göstərməkdə davam edəcəyi qeyd olunur. "ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31