Dünya

Ən gözəl cani qadın tutuldu

26 Oktyabr 2017 18:42

ABŞ-ın Kaliforniya ştatında zərərsizləşdirilmiş silahlı qanqster dəstəsinin üzvlərindən birinin fotosu sosial şəbəkələrdə fenomenə çevrilib. Fresno şəhərində avtomobilində qanunsuz silah saxlamaqda suçlanaraq həbs olunmuş 20 yaşlı Mirella Ponsenin fotosunu yerli polis departamenti saytında dərc etdirəndən sonra tatuajlı gözəl məşhurlaşıb.

74 yaşlı oğru: "Cavan olsaydım, məni əsla tuta bilməzdiniz"

26 Oktyabr 2017 18:35

300-ə yaxın cinayət işində şübhəli bilinən oğru nəhayət ki, "iş başında" yaxalanıb.  Yaponiyada uzun illərdir axtarılan qara maskalı, "Nindza" ləqəbli 74 yaşlı cinayətkar saxlanlıb. 8 ildir polisdən qaçmağa müvəffəq olan qoca bu dəfə həbsdən canını qurtara bilməyib.

PKK-nın Türkiyəyə qarşı yeni hücum planı - GİZLİ SSENARİ

26 Oktyabr 2017 18:34

PKK terror təşkilatı yeni planların hazırlığına başlayıb. Budəfəki planlara PYD ilə yanaşı, HDP də daxil edilib. Rakka şəhərində terrorçu Adullah Öcalanın posterlərinin asılmasının da bu planın bir parçası olduğu ortaya çıxıb. PYD terrorçuları İŞİD-lə razılaşıb Rakkanı işğal etdikləri gün Öcalanın posterinı asmaqla yanaşı, “PYD bərabərdir PKK” sloqanları səsləndiriblər. Bu isə planın növbəti siqnalı olub. ABŞ bu faktları inkar edir. Amma son məlumata görə, Bred Makqarkın da qatıldığı "Rakkanı xilasetmə bayramında" terrorçu liderin posteri məhz Vaşinqtonun təlimatı ilə asılıb.

Sibel Canı arıqladan pəhriz...

26 Oktyabr 2017 18:25

Sibel Can kabak supu sayəsində ac qalmadan arıqladığıı söyləyib. Həm də hər gün 1 saat yürüşlə, ya da üzgüçülüklə məşğul olub.

Kataloniyalı tələbələr aksiya keçirirlər: "Satqın, biz müstəqillik istəyirik!"

26 Oktyabr 2017 17:47

Barselona şəhərində tələbələr kütləvi etiraz aksiyası keçirilir. Məlumata görə, İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqilliyini elan etməyi tələb edən tələbələr San Jaume meydanında Barselona meriyası və jeneralitet (Kataloniya hökuməti) binalarının önünə toplaşıblar. Burada yaxın dəqiqələrdə Kataloniya hökumətinin sədri Karles Puçdemonun bəyanat verəcəyi gözlənilir.

İstanbulda 52 mərtəbəli binada yanğın baş verib

26 Oktyabr 2017 16:42

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda 52 mərtəbəli binada yanğın baş verib. “Habertürk” yazır ki, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb. Əsasən ofislərin yerləşdiyi binanın aşağı mərtəbəsindəkilər təxliyə olunub.

“Onlar cinayətkarlardır və bir-bir məhv edilirlər” – Peskov

26 Oktyabr 2017 16:40

Rusiyanı tərk edərək İŞİD sıralarında döyüşənlər cinayətkarlardır və məhv edilirlər.  Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. “Təbii olaraq terrorçulara və terror fəaliyyətinə aidiyyəti olanlar, Suriya Ərəb Respublikasına qarşı əlində silah döyüşənlər, özü də bu silahı Rusiya hərbçilərinə qarşı istifadə edənlər – cinayətkarlardır, onlar məhv edilirlər. Bu barədə Müdafiə Nazirliyi hər gün məlumat verir” – Peskov belə deyib. Putinin mətbuat katibi İŞİD tərəfdə döyüşən rusiyalılar haqda açıqlanan hesabatın doğruluğuna şübhə etdiyini bildirib.

Ərəb dilini bilməyən Harun Yəhya yeni Quran tərcüməsi hazırladır

26 Oktyabr 2017 16:25

Harun Yəhya kimi tanınan Adnan Oktar bir qrup dilçiyə Quran tərcüməsi hazırladıb.  1-2 ay ərzində həmin kitabın çap olunacağı bildirilir.

Adnan Oktar “kediciklər”ini və “aslanlar"ını toplayıb qızıldan masada yemək yedi

26 Oktyabr 2017 16:23

Adnan Oktar “kedicik”ləri üçün şam yeməyi təşkil edib.  Süfrədəki qızıl qaşıqlar diqqətdən qaçmayıb. Diqqət çəkən digər məqam isə süfrədəki Osmanlı motivləri olub. “Kediciklər” lə yanaşı “aslanlar”ın da qatıldığı dəvətdə,  süfrədə barmaq qoyacaq yer olmayıb.

Deputata qarşı sui-qəsddə Kadırovun əli var” - Nazir müavini

26 Oktyabr 2017 16:17

Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko Ali Radanın deputatı İqor Mosiyçuka təşkil olunan sui-qəsddə Rusiyanı ittiham edib.  Məlumata görə, “112 Ukrayna” kanalına danışan müşavir bildirib ki, bu məsələdə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əli ola bilər. “Sifarişçi birdir - Rusiya. Bunu təsdiqləyə sübutlar var. İlk növbədə Ramzan Kadırovun 2014-cü ildəki çıxışı bunu deməyə əsas verir”. Rəsmi Moska Ukraynanın səsləndirdiyi ittihmalara cavab verib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib ki, rəsmi Kiyevin ittihamları əsassızdır:  “Rəsmi Kiyev yalnız Ramzan Kadırova deyil, həm də Moskvada bir sıra yüksək vəzifə tutan şəxslərə də qarşı əsassız ittihamlar irəli sürür”.

Həlak olan SEPAH – çıların adları AÇIQLANDI

26 Oktyabr 2017 15:22

Suriyada Əsəd rejiminə hərbi dəstək verən İranın İslam İnqlabı Keçikçilərinin (SEPAH) 7 üzvü  həlak olub. Döyüşçülərin Fatimiyyun və Zeynəbiyyun adlı döyüş komandasının tərkibində döyüşdükləri məlum olub. Həlak olan döyüşçülər Qum şəhərində yerləşən Behişte Məsumiyyun qəbirsanlığında dəfn ediliblər.

Ufoloqlar Marsda 7 kilometr uzunluğu olan "spermatozoid" AŞKARLADILAR

26 Oktyabr 2017 15:15

“Google Mars” xidmətinin köməyi ilə Qırmızı planetin səthinin şəkillərini araşdırarkən, alimlər diqqəti qeyri-adi obyektə yönəldiblər. Mütəxəssislər müəyyən məsafədən daha çox spermatozoidi xatırladan əcaib varlığın kosmosdan Marsın səthinə düşmüş nəhəng heyvan kimi də yozurlar.

Hollandiyada 225 gündən sonra hökumət quruldu

26 Oktyabr 2017 15:14

Hollandiyada martın 15-də keçirilən parlament seçkisindən 225 gün sonra hökumət rəsmi olaraq quruldu.  Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristian Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət 4 partiyalı yeni koalisiya hökuməti işə başlayıb. 

Partlayış – İndoneziyada

26 Oktyabr 2017 14:58

İndoneziyanın paytaxtı Cakartada fişəng istehsalı müəssisəsində partlayış olub. Olaylar bildirir ki, partlayış nəticəsində  27 nəfər həlak olub, 35 nəfər ağır yaralanıb.