Hollandiyada 225 gündən sonra hökumət quruldu
Hollandiyada martın 15-də keçirilən parlament seçkisindən 225 gün sonra hökumət rəsmi olaraq quruldu. Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristian Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət 4 partiyalı yeni koalisiya hökuməti işə başlayıb.
26 Oktyabr 2017 15:14 DünyaHollandiyada martın 15-də keçirilən parlament seçkisindən 225 gün sonra hökumət rəsmi olaraq quruldu. Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristian Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət 4 partiyalı yeni koalisiya hökuməti işə başlayıb.
VVD lideri Mark Ruttenin təyin etdiyi yeni kabinet üzvləri "Noordeinde" sarayında Kral Aleksandr ilə görüşərək and içiblər. Parlament tarixində ilk dəfə Kralla baş tutan and mərasimi televiziya kanalları tərəfindən canlı yayımlanıb. Yeni qurulan hökumətdə Rutten Baş nazir, koalisiyadakı digər 3 partiyadan təyin olunan şəxslər isə baş nazirin müavini vəzifəsini yerinə yetirəcəklər. Bundan başqa, yeni hökumətdə 15 nazir, 8 dövlət qulluqçusu vəzifəsi icra ediləcək.
Xatırladaq ki, Hollandiyada İkinci Dünya Müharibəsindən bəri hökumətsiz ən uzun dövr yaşandı. Azadinform.az