Dünya
Kremldən Kiyevdəki partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB
Kremlin sözçüsü Dmitri Peskov Kiyevdə millət vəkillərinə qarşı təşkil edilən bombalı hücumla bağlı açıqlama verib. Spiker hücumun Rusiya ilə heç bir əlaqəsi olmadığını və rusofobiya niyyətli olduğunu bildirib. D.Peskov hücumda Çeçenistan lideri Ramzan Kadırovun barmağı ola biləcəyi istiqamətində jurnalistlərin suallarını cavablandırıb: “Kiyev həmişə olduğu kimi sadəcə Ramzan Kadırov deyil, Moskvadakı bütün səlahiyyətli şəxsləri günahlandırır. Heç şübhə yoxdur ki, bu hadisə Kiyev və Ukraynanı bürüyən rusofobiyanın məhsuludur”. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü İvan Varçenko hücumda R.Kadırovun əli olduğunu bildirmişdi.
İstanbulda tarixi dəyişən tapıntı – Dünya şokda
İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 il tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzar aşkarlanıb. Məlumata görə, İstanbulda yerləşən “Barbaros” bulvarı yaxınlığında tapılan qalıqlar İstanbulun tarixini dəyişə biləcək informasiyaları ortaya çıxarıb. Hazırda İstanbulda tapılan ən qədim məzarlıqda qazıntı işləri davam etdirilir. Şimali Qara dəniz mədəniyyətinə aid olan qalıqların tapılması elm adamlarının həyəcanına səbəb olub.
Rusiya qatil peykini sınaqdan keçirdi
Rusiya Kosmik Qüvvələri manevr etməyi, başqa orbital aparatı ələ keçirməyi bacaran peyki uğurla sınaqdan keçirib. Bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzet hərbi peykin xüsusən yerüstü və orbital əlaqə vasitələri, eləcə də ballistik göstəriciləri və proqram təminatının yoxlanıldığını bildirib.
BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”
Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib. Əl-Riyadda keçirilən forumda çıxışı zamanı fondun sədri bildirib ki, ekoloji problemləri həll edə bilməsək, qarşıdakı 50 ildə qaranlıq gələcəyimiz olacaq: “Başımız dərdə girəcək. Qaranlıq gələcəyə gedirik. Bizim gələcək üçün bir düzənimiz var”.
Amerikalı alim Naxçıvanda və Ağrı dağında olan Nuhun gəmisinin İZİNƏ DÜŞDÜ
Amerikalı elm adamı professor Raul Esprante Nuh tufanının meydana gəldiyi əraziləri araşdırmaq üçün Türkiyənin Ağrı bölgəsinə gəlib. Espraneti Ağrı dağında Nuh tufanının izlərinin olduğunu düşünür. “Nuhun gəmisinin izinin olduğu Ağrı dağının ətəyindəki bölgədə araşdırma aparacam. Mənim fəaliyyət istiqamətim dünyadakı böyük fəlakətləri araşdırmaqdır. Nuh tufanı zamanı Ağrı dağında baş verənləri öyrənmək istəyirəm”, - deyə o bildirib. İstanbul Universitetinin professoru Oktay Belli bildirib ki, Nuh tufanı əfsanə yox, gerçəkdir: “Bütün müqəddəs kitablarda bu haqda danışılır. Biz buna böyük hörmət edirik. İstər Cudi dağı, istər Ağrı dağı, istərsə də Naxçıvanda türklər bu hadisəyə inanırlar”.
Moskvada kinoteatr təxliyə olundu - Bomba tapıldı?
Moskvada anonim zəngdən sonra kinoteatrdan 100-ə yaxın adam təxliyə olunub. Məlumata görə, təxliyədən sonra kinoteatrda bomba axtarışları aparılıb. Moskvada son sutka ərzində yeddi kinoteatrda da bomba qoyulması barədə anonim zənglər daxil olub. Zənglərin heç biri öz təsdiqini tapmayıb.
"Otağıma soxulub mənə təcavüz etdi" - Məşhur aktrisa - VİDEO
O iyrənc, qorxulu anları hələ də unuda bilmirəm. Həyatım çox pis dəyişdi. 43 yaşlı norveçli aktrisa və model Natasiya Maltın dediyinə görə, ABŞ-dakı "Miramax" studiyasının artıq sabiq sahibi, dünyanın ən məşhur prodüserlərindən biri Harvi Vaynşteynin təcavüz etdiyi aktrisalardan biri də odur.
Türkiyə Suriyada yeni hökumət yaratdı - MÜHARİBƏYƏ HAZIRLIQ
Suriya Keçid Hökuməti (SKH), Azad Suriya Ordusuna (ASO) bağlı 37 birlik və Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyası (SİGMK) Türkiyənin nəzarəti altında birləşmək üçün anlaşma imzalayıb. Türkiyənin Kilis əyalətində keçirilən toplantıda Qaziantep valisi Ali Yerlikaya, Kilis valisi Mehmet Tekinarslan və Türkiyə ordusunun rəsmiləri qatılıb.
ABŞ-ın qorxduğu başına gəlir - Pxenyan havadan hücuma keçir
Şimali Koreya diplomatları Sakit okean üzərində nüvə sınaqları həyata keçirəcəklərini elan edib. Şimali Koreya bu sınaqlarla ABŞ-ı vurmaq potensialını nümayiş etdirmək istəyir.
Ermənistanda silah satan 2 hərbçi həbs edilib
Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb. Məlumatı verənin bildirdiyinə görə onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.
Ural tədqiqatçısı Marsda ÖLÜ ŞƏHƏR aşkar etdi - FOTO/VİDEO
Nijni Tagil şəhərindən olan Valentin Deqteryov Marsın peyk şəkillərini təhlil edərkən Qırmızı planetin səthində sirli tikintilərin qalıqlarını aşkar edib. Şəkilləri "ura.ru" nəşrinə göndərən tədqiqatçı tapıntını qədim meqapolisin xarabalıqları hesab edir.
Amerikalı həmsədr: “Qarabağla bağlı növbəti görüş yaxın həftələrdə gözlənilir”
“Oktyabrın 16-da Cenevrədə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yaxşı nümunədir”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şefer Ermənistan mediasına açıqlamasında deyib.
ABŞ İŞİD-in strateji bölgələrini hədəfə aldı: 60 nəfər öldü
ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) Yəmənin Bəyda vilayətinə iki dəfə hava hücumu təşkil edib. Hücum nəticəsində 9 İŞİD üzvü öldürülüb. Bu barədə ABŞ Müdafiə Nazirliyi CENTCOM masasının spikerlərindən Erik Pahon məlumat verib: “Yəmənin hakimiyyət boşluğu olan bölgələrində Amerikanın İŞİD-ə qarşı terrorla mübarizə əməliyyatları davam edir.
Kəbənin üstü örtüləcək, Səudiyyə "açıq İslama" gedəcək - VİDEO
Səudiyyə Ərəbistanı Krallığının hakimiyyət dairələri Məkkədəki Kəbənin üstünü örtmək niyyətindədir. Kəbənin üzərində inşa ediləcək açılıb-yığılan damın tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub. "Məkkənin modernləşdirilməsi" adlanan layihənin təşəbbüskarı Səudiyyə Ərəbistanının varis şahzadəsi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman əl Səuddur. Layihə hələ rəsmi olaraq təsdiqlənməsə də, "çətir dam" adlanan layihənin miqyaslı modelinin videogörüntüləri və fotoları sosial şəbəkələrdə yayılıb.
İrəvanda taksi sürücüləri etiraza qalxır
Bu gün İrəvan Bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriləcək. Etirazçılar yeni lisenziya qaydalarından narazı olan taksi sürücüləridir. Bundan əvvəl taksi sürücüləri hökumət və parlamentin qarşısında toplaşaraq etiraz aksiyası keçirsələr də, onların probemləri indiyədək həll olunmayıb.














