Dünya
Tallində "Şərq tərəfdaşlığı" ölkələrinin biznes forumu keçirilir
Estoniyanın paytaxtı Tallində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin biznes forumu keçirilir. Məlumata görə,Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han, Estoniya prezidenti Kersti Kalyulayd, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak və digər rəsmi şəxslərin də iştirak etdiyi tədbirin mövzusu "Rəqəmsal iqtisadiyyat: Şəffaf, sərhədsiz biznes üçün innovativ platforma"dır.
Kataloniya müstəqilliyini elan edəcək - İspaniya eyni gündə iki seçkiyə qatılacaq
İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayəti hökuməti müstəqillik elanını yerli parlamentdə səsverməyə çıxaracaq. Hökumət səsverməni İspaniya senatının konsitutsiyanın 155-ci maddəni səsverməyə çıxaracağı tarixdə - oktyabrın 27-də keçirəcək. Kataloniya müstəqillik cəhdlərinin qarşısını almaq istəyən İspaniyanın qərarları qarşısında geri çəkilməyəcək.
İbadidən Bərzaninin təklifinə ŞOK CAVAB
İraqın baş naziri Heydər əl-İbadi Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin qanunsuz “müstəqillik” referendumu ilə bağlı təklifini rədd edib. Bərzani keçirilən referendumun dondurulması təklifi ilə çıxış edib.
İstanbulda atışma: yaralılar var
Türkiyənin İstanbul şəhərində iki silahlı qrup arasında atışma olub. İlkin məlumata əsasən, atışma nəticəsində iki nəfər yaralanıb. Hadisə yerinə polis bölmələri gəlib. Silahlı şəxslər axtarılır.
“Ya ölüm, ya təslim” müharibəsi – İŞİD-in son qalalarına HÜCUM ƏMRİ verildi
İraq ordusu Ənbər vilayətinin qərbindəki Qaim bölgəsini İŞİD terror təşkilatından təmizləmək əməliyyatlarına start verib. Əməliyyatın başlanması əmri İraqın baş naziri Heydər Əl İbadi tərəfindən verilib.
Türkiyədə yeni partiya - “İyi” qalmaqalla başladı
Türkiyədə Meral Akşenerin liderliyi ilə “İyi partiya” adlı yeni siyasi təşkilat yaradılıb. Partiya müxalif mövqeyi ilə seçilir. Partiyanın şüarı "Türkiyə daha yaxşı olacaq"dır. Partiyanın quruluşu, istifadə edilən loqo və şüarlar qalmaqallı müzakirələrə səbəb olub.
Ermənistanda əsgərlərin müalicəsinə məhdudiyyət qoyuldu
"Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır". Bu barədə dünən Ermənistanparlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Vigen Sarkisyan bildirib.
Məktəblərin fəaliyyətinə son verildi – SƏBƏB?
Türkiyə Təhsil Nazirliyi Ankara, Hatay və İzmirdə bir sıra məktəbləri bağladı. Olaylar bildirir ki, nazirliyik Ankarada 2, Hatay və İzmirdə isə 4 məktəbin fəaliyyətinə son verib.
Rusiya dünyanı dəhşətə gətirən silahını üzə çıxartdı: Fransanı xəritədən siləcək...
Rusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb. “Satan-2” Fransa böyüklüyündə ərazini bir atışla kül etmək gücünə sahibdir. Həmçinin, 10 min kilometr uzaqlıqdakı hədəfi vura bilir.
Məhkəmə Pakistanın sabiq Baş naziri Nəvaz Şərifin həbsinə order verdi
Pakistanın Korrupsiya İşləri üzrə Məhkəməsi sabiq Baş nazir Məhəmməd Nəvaz Şərifin həbsinə order verib. Məlumata görə, M.N.Şərif, qızı Məryəm Nəvaz və onun əri Məhəmməd Səfdər mülkiyyətin idarə edilməsi haqqında saxta müqavilə və qeyri-mötəbər məlumatlar təqdim etməkdə ittiham edilir.
Alimlərdən İNQİLABİ KƏŞF: Yanmış dəri qısa müddətdə bərpa ediləcək
Çinin Zejiyanq Universitetinin tibb fakültəsinin müəllimləri dərin yanıqların müalicəsində istifadə olunacaq analoqu olmayan süni dəri toxuması hazırlayıb. İnsan dərisinin kilid ünsürü olan kollagendən ibarət mal dərisindən düzəldilən süni dəri toxuması donuzlar üzərində sınaqdan keçirilib. Sınaqların nəticəsində süni dərinin tətbiq edildiyi bütün qisimlərdə dərinin əvvəlki halına qayıtması müşahidə edilib.
ABŞ-dan açıqlama: Şimali Koreya ilə savaş...
Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər
Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər. Məlumata görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli" keçirəcəklər. Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz" yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.
Xarici İşlər Nazirliyində FETÖ əməliyyatı
Ankara Terrorla Mübarizə Şöbə Müdirliyi FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Olaylar bildirir ki, təhlükəsizlik qüvvələri Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarının yaşdıqları 30 ayrı –ayrı ünvanda eyni vaxtda əməliyyat həyata keçiriblər.
3 ölkə ərazisində bir şəhər: ərəb şahzadəsinin 500 milyarlıq layihəsi
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məzəmməd bin Salman əl Səud Qırmızı dənizin sahillərində yeni, innovasiyalar şəhərinin inşa ediləcəyini bəyan edib.













