Tallində "Şərq tərəfdaşlığı" ölkələrinin biznes forumu keçirilir

Estoniyanın paytaxtı Tallində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin biznes forumu keçirilir. Məlumata görə,Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han, Estoniya prezidenti Kersti Kalyulayd, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak və digər rəsmi şəxslərin də iştirak etdiyi tədbirin mövzusu "Rəqəmsal iqtisadiyyat: Şəffaf, sərhədsiz biznes üçün innovativ platforma"dır.

Forumda "Şərq tərəfdaşlığı" ölkələrinin kiçik və orta müəssisələrinin təmsilçiləri iştirak edir. Biznes foruma Azərbaycandan da iş adamları və şirkətlər qatılıb.  Forumun məqsədi Aİ ilə iştirakçı ölkələr arasında iqtisadi əlaqələri, şəffaflığı, yeni biznes imkanlarını təşviq etməkdir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31