Ermənistanda əsgərlərin müalicəsinə məhdudiyyət qoyuldu
"Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır". Bu barədə dünən Ermənistanparlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Vigen Sarkisyan bildirib.
26 Oktyabr 2017 11:31 Dünya"Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır". Bu barədə dünən Ermənistanparlamentində "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Vigen Sarkisyan bildirib.
"Yelk" fraksiyasının deputatı Artak Zeynalyan hərbi çağırışçıların müalicəsinin doğrudan da dövlət sifarişi əsasında aparılmalı yoxsa onlar məcburi hərbi xidmətə yararlı olsun deyə müalicə olunmağa məcbur edilməlidirmi ? sualına Vigen Sarkisyanbu şəkildə cavab verib. "Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır", - deyə Sarkisyan bildirib.
Ermənistan parlamentinin deputatı və müdafiə naziri arasında baş verən dialoqErmənistan ordusunda xidmət edən hərbçilərin sağlamlıq problemlərinin nədən qaynaqlandığını ortaya çıxarır. Erməni əsgər anaları və aprel döyüşlərində yaralanan hərbçilər tərəfindən səsləndirilən şikayətlərin əslində bir səbəbi var. Ermənistanmüdafiə naziri yalnız kəskin xəstəliklərin "müalicəsi" ilə bağlı məsələləri öhdəliyinə götürür. Qalan hərbi qulluqçular isə, ya intihar etməli, ya da nəinki ordudan hətta ölkədən də uzaqlaşmalıdırlar.
Xatırladaq ki, düşmən ordusunda ağır xəstəlikdən, xüsusilə sümük xərçəngindən ölən hərbçilərin sayı kifayət qədərdir. Bu fakt Vigen Sarkistyanın "cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda.." sözünü bütün çılpaqlığı ilə ifşa edir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.