ABŞ-dan açıqlama: Şimali Koreya ilə savaş...
26 Oktyabr 2017 11:21 DünyaVaşinqton Şimali Koreya ilə müharibə etməyə tələsmir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreya böhranının diplomatik yolla həll edilməsinin tərəfdarıdır:
"Əgər bizə və ya müttəfiqlərimizə hücum edəcəkləri halda bizim reaksiya vermək üçün hərbi variantımız varmı? Sözsüz ki, var. Lakin hər kəs böhranın sülh yolu ilə həllinə çalışır. Biz döyüşməyə tələsmirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31