Dünya

Partlayışda yaralanan deputat əməliyyat olundu

26 Oktyabr 2017 11:04

Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, "Radikal" partiyasının üzvü İqor Moseyçuk əməliyyat olunub. Bu barədə İ.Moseyçukun mətbuat katibi bildirib.   "Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Moseyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Moseyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir", məlumatda deyilir.  

Rusiyada polisə hücum: ölən və yaralananlar var

26 Oktyabr 2017 10:58

Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib.  Naməlum şəxslər onların sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıb. Nəticədə 2 qanun keşikçisi yaralanıb.

ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşdi

26 Oktyabr 2017 10:54

ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib. Yaponiya mətbuatının yaydığı məlumata görə, oktyabrın sonunda ABŞ nümayəndə heyəti ilə nəzərdə tutulan görüş son anda ləğv edilib. Rəsmi Pxenyan Norveçin paytaxtı Osloda baş tutacaq görüşü ləğv edib. İlkin ehtimala görə, səbəb ABŞ-ın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər olub.

Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT

26 Oktyabr 2017 10:52

Məlum olduğu kimi, ovucun içindəki xətlərə baxıb insanın gələcəyini oxumaq olar.  Rusiyanın STI Universiteti ovucun içinin oxunması ilə bağlı yeni araşdırma aparıb. Araşdırmada bəzi insanların əllərinə baxılaraq onların həyatı və gələcəyi haqqında məlumatlar əldə ediblər. 

Arktikada elmə məlum olmayan təkgöz canlı aşkar edildi 

26 Oktyabr 2017 10:47

Kanada alimləri Viktoriya adası sularında daha əvvəl elmə naməlum olan buğumayaqlılar fəsiləsinə aid canlı aşkar ediblər. Bu haqda “National Geographic” saytında məlumat yerləşdirilib. Tədqiqatçıların sözlərinə görə, naməlum varlıq planktona aiddir, iki millimetr uzunluğundadır, səkkiz ayaq və bir gözə malikdir. Ağızın yoxluğu və iki bığın mövcudluğu da həmçinin qeyd edilir.

22 müqavilə imzalandı

26 Oktyabr 2017 09:21

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev aralarında görüş keçirilib. Ölkələr arasında prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutub. "Prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutdu, buna görə də bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz Mirziyoyevlə təkbətək görüş keçirdik, daha sonra heyətlərlə danışıqlar apardıq. Görüşlər çox məhsuldar oldu", - deyə Ərdoğan bildirib.

Rusiya “Yeni Nobel mükafatı” verəcək

26 Oktyabr 2017 06:11

Rusiyanın Tambov şəhərində Nobel laureatı konqresində Birinci dərəcəli Nobel nəslinin yetirmələri özlərinin şəxsi mükafatlarını yaratmaq istədiklərini açıqlayıblar. Mikayıl Nobel və Peter Nobel alternativ energetika sahəsində tədqiqatlar aparanları mükafatlandırmağa hazırlaşırlar. Beynəlxalq Nobel laureatları konqrensində 1200 nəfərə yaxın tədbir iştirakçısı olub. Tədbirdə “yeni Nobel” mükafatı haqqında sənədlər rəsmi formada bəyan olunmayıb.

Mərkəzdə partlayış 

26 Oktyabr 2017 05:55

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. Kiyevin mərkəzində yerləşən Espresso telekanalının çıxışında baş verən partlayışda bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Ukrayna DİN rəhbərinin məsləhətçisi Anton Qeraşenko məlumat verib.

Avropa çempionu həbs olundu

25 Oktyabr 2017 20:48

5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub. Səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır. Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub.

“Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq

25 Oktyabr 2017 20:02

Müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit" adlandırılan ransomware virusu aşkar olunmuşdur. Qeyd edək ki, virus "Win32/Diskcoder.D" "Trojan-Ransom.Win32.Gen.f", "Win32/Tibbar", "Troj/Ransom-ERK" adları altında sistemlərə nüfuz edir.

Yeni alqoritm videodakı obyektləri avtomatik siləcək

25 Oktyabr 2017 19:55

“Adobe” şirkəti “Adobe MAX” illik konfransında təsvir və videoların emalı üçün bir sıra yeni funksiyalar təqdim edib. İstifadəçi yeni “Cloak” alətinin köməyi ilə videodakı obyekti seçə bilər, bundan sonra alqoritm onu fonla əvəz edərək avtomatik siləcək.