Partlayışda yaralanan deputat əməliyyat olundu

Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, "Radikal" partiyasının üzvü İqor Moseyçuk əməliyyat olunub. Bu barədə İ.Moseyçukun mətbuat katibi bildirib.   "Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Moseyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Moseyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir", məlumatda deyilir.  

Qeyd edək ki, İqor Mosiyçuk "Espresso" telekanalının binasından çıxdığı zaman  yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində deputatın mühafizəçisi ölüb, İ.Mosiyçuk daxil olmaqla 5 nəfər xəsarət alıb. partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı  kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31