ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşdi
ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib. Yaponiya mətbuatının yaydığı məlumata görə, oktyabrın sonunda ABŞ nümayəndə heyəti ilə nəzərdə tutulan görüş son anda ləğv edilib. Rəsmi Pxenyan Norveçin paytaxtı Osloda baş tutacaq görüşü ləğv edib. İlkin ehtimala görə, səbəb ABŞ-ın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər olub.
26 Oktyabr 2017 10:54 DünyaABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib. Yaponiya mətbuatının yaydığı məlumata görə, oktyabrın sonunda ABŞ nümayəndə heyəti ilə nəzərdə tutulan görüş son anda ləğv edilib. Rəsmi Pxenyan Norveçin paytaxtı Osloda baş tutacaq görüşü ləğv edib. İlkin ehtimala görə, səbəb ABŞ-ın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər olub.
Xatırladaq ki, görüş ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun ilə KXDR XİN-in Şimali Amerika departamentinin direktoru Tsoy Son Xi arasında nəzərdə tutulmuşdu. Publika.az