Dünya

Yeni autentifikasiya metodu hazırlanıb

25 Oktyabr 2017 19:50

Moskva Fiziki-Texniki İnstitutunun məzunu Lenni Konseviç və kompüter təlimi sahəsində mütəxəssis Xua Yanq ovucun köməyi ilə tamamilə yeni autentifikasiya üsulu təklif ediblər. 2015-ci ilədək hər iki mütəxəssis “Leap Motion” şirkətində işləyib, amma sonra öz layihələrini yaratmağa qərar veriblər. “Redrock Biometrics” şirkəti belə yaranıb. İndi Konseviç və Yanq tərəfindən hazırlanmış ovuc üzrə insanın tanınması texnologiyası bütün mövcud metodlardan daha rahat və təhlükəsizdir.

“Instagram”da yeni funksiya istifadəyə verilib

25 Oktyabr 2017 19:45

“Instagram” sosial şəbəkəsində birgə birbaşa translyasiya funksiyası istifadəyə verilib. Yeni funksiya translyasiyaya digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan verir. Birgə efir zamanı adi efirdə olduğu kimi, tamaşaçılar şərhlər yazaraq bəyənə biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Beyin fəaliyyətinin yaxşılaşdırılması üçün qurğu hazırlanıb

25 Oktyabr 2017 19:38

Kanadanın Makqill Universitetinin tədqiqatçıları və “HRL Laboratories” tədqiqat mərkəzinin alimləri insanın düşünmə imkanlarını artıra biləcək yeni qurğu hazırlayıblar.

Çində virtual relslərlə hərəkət edən qatarın sınaqları keçirilir

25 Oktyabr 2017 19:32

Çinin Çjuçjou şəhərində virtual relslər üzərində hərəkət edən qatarın marşrut və mühərrik sınaqlarına başlanılıb. Bu ilin iyunun əvvəlində “CRRC Zhuzhou Locomotive Co.” şirkətinin tədqiqat institutu ilk dəfə olaraq innovativ şəhər nəqliyyat vasitəsi - “ağıllı” təkərli sürətli nəqliyyat sistemini (ART) nümayiş etdirib.

Çində virtual relslərlə hərəkət edən qatarın sınaqları keçirilir

25 Oktyabr 2017 19:26

Çinin Çjuçjou şəhərində virtual relslər üzərində hərəkət edən qatarın marşrut və mühərrik sınaqlarına başlanılıb. Bu ilin iyunun əvvəlində “CRRC Zhuzhou Locomotive Co.” şirkətinin tədqiqat institutu ilk dəfə olaraq innovativ şəhər nəqliyyat vasitəsi - “ağıllı” təkərli sürətli nəqliyyat sistemini (ART) nümayiş etdirib.

Smartfonların satış həcmində artım qeydə alınıb

25 Oktyabr 2017 19:20

"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək 367 milyon təşkil edib.

Avropada ilk sualtı restoran tikiləcək

25 Oktyabr 2017 19:15

“Snøhetta” şirkəti Norveçdə Avropada ilk sualtı restoran inşa edəcək. “Under” adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq.

“Google” şirkəti “Gmail” elektron poçt xidməti üçün əlavələr istifadəyə verib

25 Oktyabr 2017 19:10

"Google" şirkəti "Gmail" elektron poçt xidməti üçün kənar proqramçılar tərəfindən hazırlanmış genişlənmələri rəsmən istifadəyə verib. Bundan əvvəl istifadəçilər hər bir mühit üçün plaqinləri ayrı şəkildə quraşdırmaq məcburiyyətində idilər. İndi isə əlavələr birbaşa "Gmail" servisində əlçatandır və bir dəfə qurulmuş əlavə "Gmail" hesabına giriş həyata keçirilmiş hər bir qurğuda işləyəcək.

Somalidə sülhməramlılara atəş açdılar - Ölən və yaralananlar var

25 Oktyabr 2017 18:55

Somalidə Afrika İttfaqının sülhməramlı qüvvələri ilə “Əş-Şabab” terror təşkilatının silahlıları arasında atışma baş verib. Məlumata görə, hadisə paytaxt Moqadişodan 30 kilometr cənubda, Afqoye şəhəri yaxınlığında qeydə alınıb. Atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 16 nəfər isə yaralanıb.

Qızını qaçıran oğlandan əvəzində bacısını istədi - Namus davası QƏTLLƏ BİTDİ

25 Oktyabr 2017 18:45

Qaziantepdə təxminən 3 ay öncə məruz qaldığı silahlı hücum zamanı dünyasını dəyişən Ali Çelikin (49) ona olan təklifi qəbul etmədiyi üçün öldürüldüyü ortaya çıxıb.

Ebru evli kişiyə ərə gedir

25 Oktyabr 2017 18:40

Evli iş adamı Uğur Akkuşla sevgili olması xəbərləri ilə gündəmdən düşməyən model Ebru şallı ona ərə gedir.  Cütlüyün kəbin kəsdirdiyi deyilir. Uğur Akkuşun qardaşı Murad xəbəri təsdiqləyib:  “Ailə arasında mollalar çağırıldı və dini nikah bağlandı”. 

Dünyanın ən müəmmalı arxeoloji tapıntıları — SİYAHI və FOTOLAR

25 Oktyabr 2017 18:35

Dünyada elə arxeoloji tapıntılar var ki, onların sirrini açmaq mümkün deyil.

Müğənniyə "ölüm" mesajları yazan ərinin adamları çıxdı

25 Oktyabr 2017 18:30

Müğənni Gülben Ergenin mobil telefonuna "ölüm" mesajları yazdıqları iddiasıyla iki nəfər saxlanılıb.  Saxlanılan M.Emre K.-nın müğənnin keçmiş əri Erhan Çelikin köməkçisinin qardaşı, Harun G.-nin isə sürücüsü olduğu ortaya çıxıb. Prokurorluq istintaq prosesinin miqyasını genişləndirib.

Amerikalı məşhur aktyor Rober Giyom vəfat edib

25 Oktyabr 2017 18:20

Amerikalı aktyor Robert Giyom 89 yaşında vəfat edib. Teatr və kino aktyoru Los-Ancelesdə dünyasını dəyişib. Robert iki dəfə "Emmi" mükafatına layiq görülüb. Yaxınları bildirir ki, aktyorun ölümünə səbəb xərçəng xəstəliyi olub. Robert uzun müddət bu xəstəliyə qarşı mübarizə aparıb. 

Putin Ərdoğanın xahişi ilə onları azad etdi

25 Oktyabr 2017 18:10

Rusiya Krım Tatar Məclisinin nümayəndələri Axtem Çiygöz və İlmi Ömərovu Türkiyəyə təhvil verib. Bunu jurnalistlərə açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib. Onun sözlərinə görə, hər iki məhbus əvvəlcə Simferopola, daha sonra isə Anapaya göndərilib, buradan isə Ankaraya aparılıb. Onun sözlərinə görə, məhbuslar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində azad edilib.