Dünyanın ən müəmmalı arxeoloji tapıntıları — SİYAHI və FOTOLAR

Dünyada elə arxeoloji tapıntılar var ki, onların sirrini açmaq mümkün deyil.

Dünyada elə arxeoloji tapıntılar var ki, onların sirrini açmaq mümkün deyil.

Bu tapıntıları oxuculara təqdim edirik:

1. Daş portallar

Səudiyyə Ərəbistanında tapılıb. 400-ə yaxın belə daş portal aşkar edilib. Amma onların təyinatı naməlumdur. Mütəxəssislərin fikrinə görə, bu daş portalların yaşı bir neçə min ildir.

2. Terterik lövhələr

Bu tapıntı arxeoloji sensassiya sayılır. Artefaktın üzərindəki işarələr ən qədim yazı formasıdır. Arxeoloqların fikrinə görə, bu simvollar Şumer mixi yazısından əvvələ, yəni 7.5 min il əvvələ aiddir.

3. Zalsburq parallelepipedi

1885-ci ildə Avstriyada tapılıb. Mütəxəssislərin fikrinə görə bu meteoritdir. Amma artefaktın üzərində atmosferdən keçdiyini sübut edən heç bir iz yoxdur. Arxeoloqların sonuncu qənaətinə əsasən bu qədim şaxta alətidir.

4. And kandelyabrı

Peruda Pisko şəhəri yaxınlığında qaya üzərində rəsmdir. Obyekt Naski qeoqlifi yaxınlığında yerləşsə də, alimlərin fikrinə görə, qeoqlif ixtiraçılarının bu rəsmə heç bir aidiyyatı yoxdur. Təsvir eramızdan 200 il əvvələ aiddir. Amma Naski qeoqlifləri 600-800 il sonra meydana çıxıb.

5. Saxam xəttləri

Boliviyada tapılıb. Naski qeoqliflərindən 15 dəfə çoxdur. Yəni, 7.5 min kvadrat metr sahəni əhatə edir. Bəzi xətlərin uzunluğu 18 km-ə çatır. Xətlərin dəqiqliyi alimləri dalana dirəyir. Rəsmlərin təyinatı isə naməlumdur. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31