“Google” şirkəti “Gmail” elektron poçt xidməti üçün əlavələr istifadəyə verib

"Google" şirkəti "Gmail" elektron poçt xidməti üçün kənar proqramçılar tərəfindən hazırlanmış genişlənmələri rəsmən istifadəyə verib. Bundan əvvəl istifadəçilər hər bir mühit üçün plaqinləri ayrı şəkildə quraşdırmaq məcburiyyətində idilər. İndi isə əlavələr birbaşa "Gmail" servisində əlçatandır və bir dəfə qurulmuş əlavə "Gmail" hesabına giriş həyata keçirilmiş hər bir qurğuda işləyəcək.

Hazırda "Asana", "Trello", "DialPad", "Intuit Quickbooks" və "Smartsheet" daxil olmaqla onlarla əlavələr əlçatandır. "Gmail" əlavələri "Gmail" elektron poçt xidmətinin veb versiyasında və "Android" sistemində dəstəklənir. Proqramçılar "iOS" dəstəyi haqda məlumat verməyiblər. "ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31