Amerikalı məşhur aktyor Rober Giyom vəfat edib
Amerikalı aktyor Robert Giyom 89 yaşında vəfat edib. Teatr və kino aktyoru Los-Ancelesdə dünyasını dəyişib. Robert iki dəfə "Emmi" mükafatına layiq görülüb. Yaxınları bildirir ki, aktyorun ölümünə səbəb xərçəng xəstəliyi olub. Robert uzun müddət bu xəstəliyə qarşı mübarizə aparıb.
25 Oktyabr 2017 18:20 DünyaAmerikalı aktyor Robert Giyom 89 yaşında vəfat edib. Teatr və kino aktyoru Los-Ancelesdə dünyasını dəyişib. Robert iki dəfə "Emmi" mükafatına layiq görülüb. Yaxınları bildirir ki, aktyorun ölümünə səbəb xərçəng xəstəliyi olub. Robert uzun müddət bu xəstəliyə qarşı mübarizə aparıb. Giyom "Opera kabusu" müziklində əsas rolu ifa edən ilk qaradərili aktyordur. "Sabun" və "Benson" sitkomlarına görə isə "Emmi"yə layiq görülüb. Bundan başqa Robert məşhur "Şir Kralı" cizgi filmində Rafiki səsləndirib. Ölkə.az