Dünya

Akşənər: Türkiyəni ərəb baharının qurbanı etdilər

25 Oktyabr 2017 17:58

10 il içində Almaniyadan başqa heç bir Avropa ölkəsi G-7 ölkələri sırasında yer almayacaq. Bunu Türkiyənin yeni İYİ Partiyasının sədri Maral Akşənər söyləyib.

Erməni yönümlü “Regnum”un müəlliflərini mühakimə edəcəklər

25 Oktyabr 2017 17:22

Belarusda "Regnum" İnformasiya Agentliyinin üç müəllifi barəsində cinayət işinin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib. Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç TASS agentliyinə bildirib ki, cinayət işi məhkəməyə göndərilməsi üçün prokurora verilib: “Səhv etmirəmsə, prokuror cinayət işini baxmaq üçün Minsk şəhər məhkəməsinə göndərib".

Matviyenko: "İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq"

25 Oktyabr 2017 17:10

"İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq". Məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkodeyib. O bildirib ki, İranın ABŞ tərəfindən təzyiqlərin güclənməsinə cavab olaraq nüvə sazişindən çıxması fəlakətə səbəb ola bilər: "Bu, eyni zamanda Şimali Koreya ilə danışıqlara da mənfi təsir göstərə bilər". 

Ərdoğan Ankara, Bağdad və Tehran üçlüyü haqqında

25 Oktyabr 2017 17:06

Ankara, Bağdad və Tehran İraqın şimalında böyük uğurlara nail olub. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə birgə mətbuat konfransında deyib.

Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - Ölən var

25 Oktyabr 2017 17:04

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Məlumata görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub. Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub.

Ermənistanda iki əsgər və 2 zabit hərbi hissədən qaçıb

25 Oktyabr 2017 17:02

Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər. Məlumata görə, Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlar səbəbindən hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Kataloniya ispan kralını “persona non qrata” elan etdi

25 Oktyabr 2017 15:54

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi “persona non – qrata” elan edib.  İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.

3 qitə 2500 metr yüksəklikdə birləşdi – 500 milyardlıq şəhər qurulacaq

25 Oktyabr 2017 15:48

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın təşkil etdiyi “Neom” layihəsinin detalları açıqlanıb. 500 milyard dollarlıq layihə Səudiyyə Ərəbistanının şimal-qərbindəki Akabe körfəzi və Qırmızı dəniz sahillərinə qədər uzanacaq. Asiya, Avropa və Afrika qitələrini birləşdirəcək “Neom” “gələcəyə çatmaq nöqtəsi” adlandırılır. Layihənin 9 ana mövzusu var. Bunlar enerji və su, hərəkətlilik, biotexnologiya, qida, hasilat, media, əyləncə, texnoloji, dijital elmlər və Neom təməllərində yaşam mövzularıdır.

Moskva meri: “Miqrantlar neft şirkətlərindən daha çox vergi ödəyirlər”

25 Oktyabr 2017 15:46

Moskva meri Sergey Sobyanin miqrantlar üçün patentin qiymətinin qaldırılmasını təklif edib. Paytaxt meri bu gün Moskva şəhər Dumasına hesabatla çıxış edib. O, çıxışında Moskvaya miqrant axınını nəzarətdə saxlamaq üçün əmək patentinin qiymətinin artırılmasını təklif edib: “Əlbəttə ki, biz şəhərdə miqrantların optimal səviyyədə olması üçün çalışmalıyıq.

Misirə məxsus gəmi Türkiyədə saxlanıldı

25 Oktyabr 2017 15:31

"Al Amira Nurhan" adlı Misirə məxsus gəmi Türkiyə Sahil Mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Gəminin saxlanılmasına səbəb kimi Şimali Kiprin su sərhəddini pozduğu göstərilir. Qazımaqusa limanına aparılan gəminin 11 nəfərlik heyəti də həbs edilib.

Bərzani müstəqillikdən imtina edir

25 Oktyabr 2017 15:24

İraq regional Kürd muxtariyyətinin rəhbəri Bərzani rejimi xalqların mənfəətni nəzərə alaraq mərkəzi Bağdad hakimiyyətinə və dünya ictimaiyyətinə atəşkəsin təmin olunması, muxtariyyət ərazisindəki bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulmasını təklif edib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bağdadın Kərkük və digər muxtariyyətin inzibati sərhədlərindən kənarda ərazilərin peşmərgədən azad etməsi, Türkiyə və İranın təzyiqləri, ABŞ-ın Bağdadın hərbi əməliyyatlarına neytral qalması Bərzanini küncə sıxışdırıb: “Artıq müstəqillikdən vaz keçməklə, zəif duruma düşən Bərzani Bağdadın şərtləri ilə razılaşmalı olacaq.

Ermənistan prezidentindən daha bir həyasızlıq

25 Oktyabr 2017 15:10

İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa yönəlik açıqlamalar verib. “OLAYLAR” -ın erməni mediasına istinadən verdiyi xəbərə görə.

Türkiyənin 4 vilayətində göz-gözü görmür: nəqliyyatın hərəkətini iflic oldu

25 Oktyabr 2017 15:02

Türkiyənin Qaziantep, Şanlıurfa, Kilis və Malatya vilayətlərində havada müşahidə olunan normadan artıq toz dumanı nəqliyyatın hərəkətini iflic edib. Bu vilayətlərdə yollarda görünmə məsafəsi 50 metrədək düşüb.

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

25 Oktyabr 2017 14:40

Məşhur türkiyəli aktyor Burak Özçivit xəstəxanaya yerləşdirilib. Olaylar bildirir ki, Kerem Bürsin və Burak Özçivitin birgə rol aldığı "Can Feda" filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib. Çəkiliş zamanı ayağ biləyindəki bağların qopması səbəbi ilə xəstəxanaya yerləşdirilib.