Dünya
Özbəkistan prezidenti Türkiyədə
Özbəkistan prezidenti Şövkət Mirziyayev Türkiyədə rəsmi səfərdədi. Olaylar bildirir ki, prezidenti Ankara Esenboğa hava limanında baş nazirin müavini Bəkir Bozdağ qarşılayıb.
DİQQƏT! Maqnit qasırğaları yaxın aylarda da tüğyan edəcək
Hər iki həftədən bir təkrarlanan maqnit qasırğaları yerin səthində bir neçə ay tüğyan edəcək. Məlumata görə, mütəxəssislər qeyd edirlər ki, maqnit qasırğalarının təsirinin azalması üçün günəş küləklərinin konfiqurasiyası dəyişməlidir. Bu dəyişiklik baş vermədikcə Yer iki həftədən bir maqnit qasırğalarının təsirinə məruz qalacaq.
İrəvanın Qərblə gizli oyunu Moskvanın xoşuna gəlmir
Hazırda Ermənistan çətin durumda qalıb var-gəl edən, hansı istiqamətə gedəcəyini müəyyənləşdirə bilməyən bir ölkə kimi xarakterizə edilir. Gah Avropaya, gah da Rusiyaya meyillənmə İrəvanı loru dildə desək sözün həqiqi mənasında haça-paça qoyub. Kremldən bir az incik düşən kimi Qərbə meyillənmə baş qaldırsa da, lakin Moskvadan dərhal verilən reaksiya və hədə-qorxu İrəvanı həmin anda geri addım atmaq məcburiyyətində qoyur.
CERN: Yer planeti əslində olmamalıdır
“Dünyada mövcud olan hər maddənin anti-maddəsi də var. Buna görə də dünya əslində var olmamalıdır”. Bu iddia Avropa Nüvə Araşdırma Mərkəzinin (CERN) araşdırmaçıları tərəfindən irəli sürülüb. Seçilmiş elm adamlarının yer aldığı CERN “dünyanın var olması” mövzusunda məqalə hazırlayıb.
Universitetdə atışma: ölənlər var - ABŞ-da
ABŞ-ın Luiziana ştatında, Qramblinq Universitetinin ərazisində atışma olub. Hadisə nəticəsində iki nəfər olub. Ali məktəbin nümayəndəsi Uill Satton bildirib ki, gecə yarısı naməlum şəxs mübahisə zamanı iki gəncə atəş açaraq ərazidən qaçıb. Polis araşdırma aparır.
Hizbullah döyüşçülərini Suriyadan çıxardır
“Lebanon 24” internet portalında yayımlanan xəbərə əsasən, Livanda fəaliyyət göstərən İran yönlü Hizbullah hərbi-siyasi təşkilatı yaxın zamanlarda Suriyada döyüşən üzvlərinin 60 faizini geri çağıraçağı iddia edilir. Diğər Hizbullahçıların isə 2017- ci ilin sonuna qədər ölkədən çıxarılacağı bildrilib. 2018- ci ildə isə təşkilatın Suriyada sadəcə məsləhətçilərinin qalacağı qeyd edilir.
Növbəti terrorun qarşısı ALINDI
Türkiyənin Şırnak vilayətinin Betülşəbbab qəsəbəsində 8 terrorçu zərərsizləşdirilib. Belə ki, ərazidə nəzarət uçuşu aparan Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA 8 terrorçunun gizləndiyi yeri müəyən edərək, koordinatları mərkəzə bildirib.
Şeyx 9 müsəlman xanımı nazir təyin edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb. Bu barədə Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Məşhur fizik Albert Eynşteynin “xoşbəxtlik formulları”nı əks etdirən iki qeydi auksiona çıxarılıb. Qeydlər Qüdsdə təşkil edilən satış kampaniyasında 1 560 000 dollara satılıb.
Google Aşıq Veysələ özəl loqo hazırladı
Google məşhur aşıq Aşık Veyselin 123 doğum günü münasibəti ilə xüsusi bir logo hazırladı. Google ana səhifəsində "Doodle" adlanan loqotiplər sırasında Aşık Veyselin riding motivi və kilim motivləri daxil edilib. Aşık Veysel olaraq tanınan Veysel Şatıroğlu 1894 – cü ildə oktyabrın 25 – də dünyaya gəlib.
2 min 800 nəfər Aralıq dənizində həlak oldu
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə 2017-ci ilin əvvəlindən bu günə qədər Aralıq dənizi vaistəsilə təxminən 150 min miqrant Avropaya sığınıb. Olaylar bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədəki hesabatında qeyd edilir ki, Nigeriya, Qvineya, Banqladeş, Fil Dişi Sahili, Mali, Eritreya, Qambiya, Seneqal və Sudan sakinlərinin daha çox İtaliyaya köç etdikləri açıqlanıb.
Jirinovski: Krım haqqında dediklərinə görə Sobçak cəzalandırılmalıdır
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır. Məlumata görə, partiya sədri daha sonra əlavə edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.
NASA Kaliforniya yanğınlarının fotosunu paylaşdı
ABŞ-ın Kaliforniya ştatını külə çevirən yanğına qarşı hələ də mübarizə aparılır. 8 mindən çox evi məhv edən fəlakətlə bağlı NASA sputnik fotolarını yayımlayıb.
Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi
Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.
Ərdoğanın maaşı artırılır - İllik 189 min dollar
Türkiyə prezidentinin maaşı artırılacaq. Artımla prezident Rəcəb Tayyib Ərdoğanın əmək haqqı 3776 (1010 ABŞ dolları) lirə olacaq.













